UNEC Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrini inkişaf etdirir
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qırğızıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq akademik və elmi əlaqələrin genişləndirilməsi istiqamətində inkişaf edir.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Qeyd olunub ki, ötən il UNEC nümayəndə heyətinin Bişkek Dövlət Universitetində keçirdiyi görüşlər zamanı tələbə və müəllim mübadiləsi, birgə elmi və akademik layihələrin həyata keçirilməsi, ortaq konfransların təşkili və müştərək elmi məqalələrin hazırlanması məsələləri müzakirə olunub.
Əməkdaşlığın əsas istiqamətlərindən biri də elmi-tədqiqat və nəşr fəaliyyətidir. Bu çərçivədə Qırğızıstan alimlərinin UNEC-in “Scopus” beynəlxalq elmi məlumat bazasında indekslənən jurnallarında məqalələrinin dərc olunması imkanları nəzərdən keçirilib. Həmin il UNEC ilə İ.Razzakov adına Qırğız Dövlət Texniki Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması da səfərin mühüm nəticələrindən biri olub. Memorandum akademik mübadilə, birgə elmi tədqiqatların aparılması və elmi məqalələrin hazırlanması, elmi nəşrlər sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətləri əhatə edir. Sənəd iki universitet arasında elmi və akademik əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması üçün imkanlar yaradır.
UNEC nümayəndə heyəti səfər çərçivəsində Bişkek Dövlət Universitetinin mühəndislik laboratoriyasının və tələbələrlə iş mərkəzinin fəaliyyəti ilə də tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [15:25]
BMU-nun üç ikili diplom proqramı üzrə qəbul planı tam yerinə yetirilib
- 02.09.2026 [14:25]
BDU və Qırğızıstan alimlərinin 50-dən çox birgə elmi məqaləsi dərc olunub
- 02.09.2026 [14:01]
Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli?
- 02.09.2026 [13:50]
AzTU Almaniyanın Aaxen Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
- 02.09.2026 [11:59]
Abituriyentlərin nəzərinə: ixtisas seçimi bu gün yekunlaşır
- 02.09.2026 [11:52]