UNESCO-nun Baş direktoru Livana rəsmi səfər edəcək
Bakı, 25 avqust, AZƏRTAC
UNESCO-nun Baş direktoru Odre Azule avqustun 26-da Livana ikigünlük rəsmi səfər edəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat təşkilatın yaydığı kommünikedə yer alıb. Məlumatda Odre Azulenin Beyrutda avqustun 4-də baş vermiş partlayışdan zərər çəkmiş insanlarla görüşəcəyi, məktəblərə və tarixi binalara baş çəkəcəyi bildirilir. Qeyd olunur ki, Beyrutda baş vermiş partlayışla əlaqədar, BMT tərəfindən tədbirlər çərçivəsində UNESCO-nun üzərinə təhsil sahəsində beynəlxalq səylərin əlaqələndirilməsi vəzifəsi qoyulub. Vəziyyəti qiymətləndirmək və UNESCO-dan tələb olunan işlərin müəyyənləşdirilməsi məqsədilə Baş direktor hökumətin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]