UNICEF İspaniyada miqrant uşaqların müdafiə olunmamasını pisləyir
Madrid, 28 fevral, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) 13 min miqrant uşağa qulluq üçün Milli planın və sabit büdcənin təsdiq olunmasını xahiş edir.
BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının məlumatına görə, 2018-ci ildə müşayiət olunmayan daha çox miqrantların gəldiyi İspaniya qeyri-iradi olaraq, təxminən 13 min əcnəbi uşağın tərbiyəçisinə çevrilib. Ölkə uzun müddət qeyri-hökumət təşkilatları, həmçinin Uşaq Hüquqları Komitəsi tərəfindən miqrasiya sisteminin pozulmasında təqsirləndirilib.
UNICEF-in təqdim etdiyi məruzədə 2018-ci ilin sentyabrın 20-dən oktyabrın 16-dək İspaniyada müşayiət olunmayan miqrant uşaqların işləri üzrə Melilya, Seyt, Madrid və Əndəlüsdə yerləşən müdafiə mərkəzlərində aparılan tədqiqatların nəticələri göstərilib. Məruzədə qeyd edilir ki, İspaniyanın bu uşaqların miqrasiya nəzarəti çərçivəsində deyil, uşaqların müdafiə siyasətinin köməyi ilə qayğısına qalmasına baxmayaraq, müdafiə sisteminə düşdükdə “zəifliyin nəinki aradan götürülməsi, əksinə, daha da gərginləşməsi” halları tez-tez baş verir.
UNICEF tərəfindən aşkarlanan problemlər sırasında mərkəzlərin tərbiyəçilərinin dilini bilən vasitəçilərin, hüquqi yardımın olmaması, həmçinin pis rəftar halları və s. göstərilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:36]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]