ÜNVANLI SOSİAL YARDIMIN VERİLMƏ TARİXİ MÜƏYYƏNLİŞDİRİLMİŞDİR
Bu yöndə işlər tamamlanmaq üzrədir. Maliyyə nazirliyindən bildirmişlər ki, ünvanlı sosial yardımın hüquqi bazası artıq hazırdır və iyulun 1-dən etibarən pulların verilməsinə başlanacaqdır.
Yardımı almaq hüququna yalnız orta aylıq gəlirləri minimum yaşayış səviyyəsinə cavab verməyən ailələr malikdirlər. Bu məbləğ, ən azı, 30 AZN təşkil etməlidir. Ünvanlı sosial yardımın məbləği minimum yaşayış səviyyəsindəki fərqi tamamlayan rəqəmə bərabər olacaqdır. Hazırda yardımdan 290 min ailənin yararlanacağı gözlənilir.