Ursula Fon der Lyayen: Bosniya və Herseqovina Aİ-yə üzvlüyün astanasındadır
Sarayevo, 15 oktyabr, AZƏRTAC
Bosniya və Herseqovina Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı uzun yol qət edib və Aİ-yə qoşulma ərəfəsində dayanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Sarayevoda Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryana Kristo ilə birgə mətbuat konfransında deyib.
Ursula Fon der Lyayen Avrokomissiyanın Bosniya və Herseqovinadakı bütün icmaların dostu olduğunu və bu icmaların gələcəyini Aİ-də gördüyünü bildirib. O, Bosniya və Herseqovinanın Aİ-yə üzvlük üçün hazırladığı islahatları qiymətləndirəcəklərini deyib. Qeyd edib ki, Aİ-nin Bosniya və Herseqovina üzrə İnkişaf Planına 1 milyard avro maliyyə vəsaiti daxildir.
Avrokomissiyanın prezidenti səfər çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyəti sədri və üzvləri ilə də görüşlər keçirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]