UŞAQ-ƏYLƏNCƏ MƏRKƏZİNİN TİKİNTİSİNƏ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində Samux rayonunda abadlıq və quruculuq işləri ilə yanaşı, əhalinin sosial problemlərinin həllinə də ciddi diqqət yetirilir. Son bir neçə ildə rayonun kənd və qəsəbələrində 9 idman meydançası, 4 park istifadəyə verilmişdir. Bu günlərdə isə Nəbiağalı qəsəbəsində uşaq-əyləncə mərkəzinin tikintisinə başlanmışdır.
Daxili imkanlar hesabına inşa edilən mərkəzin cari ilin iyul ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.