Uşaq musiqi məktəbi şagirdlərinin beynəlxalq müsabiqədə uğuru
Bakı, 26 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli uşaq musiqi məktəbi Yaponiyanın Tokio şəhərində keçirilmiş “Open Japan” V Beynəlxalq incəsənət festival-müsabiqəsində uğurla iştirak edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi istedadlı uşaq və gəncləri beynəlxalq səviyyədə tanıtmaq, onları yüksək hədəflərə çatmaq üçün motivasiya etmək, yaradıcılığa və incəsənətə sevgi hisslərini aşılamaqdır.
Müsabiqə instrumental janr, yaradıcılıq sənəti, dizayn, vokal, fotoqrafiya, fotoqrafika, bədii söz, xoreoqrafiya və başqa nominasiyalar üzrə keçirilib. 34 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri Nicat Muxtarov və Ramaldan Ramaldanov müsabiqədə uğurla çıxış edərək münsiflər heyəti tərəfindən Qran-Pri mükafatına, Fatimə Quluzadə isə I yerə layiq görülüb və laureat adını qazanıb.
Müəllimlər Səbinə Allahverdiyeva, Aynurə Azadova və Səbinə Mustafayeva şagirdləri müsabiqəyə yüksək səviyyədə hazırladıqlarına görə “Təşəkkürnamə” ilə təltif olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]