Uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqənin qalibi olub
Bakı, 5 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Oqtay Xudiyev (müəllim Sevda Rəhimova) İspaniyada keçirilən "Word Art Games" beynəlxalq onlayn müsabiqəsində I yaş kateqoriyasında, 27 ölkədən gələn 9 yaşına qədər uşaqlar arasında birinci yerə layiq görülüb.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqə “Xoreoqrafiya kollektivləri və solistlər”, “İnstrumental kollektivlər və solistlər”, “Vokal (xorlar, ansambllar, müzikllar, duetlər, triolar, solistlər)”, “Orijinal janr” nominasiyalarında 7 yaş kateqoriyası üzrə keçirilib.
Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Oqtay Xudiyev “İnstrumental sənət” nominasiyasında ən kiçikyaşlı uşaqları özündə birləşdirən I kateqoriyada qalib gələrək diploma layiq görülüb və 2021-ci ildə İspaniyada keçiriləcək "Sea Sun Festival"ında 2-ci tura dəvət alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [20:44]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [18:49]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [17:53]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:09]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [16:31]