Uşaqların Mənəvi və İntellektual İnkişafına Dəstək İctimai Birliyi müsabiqə elan edib
Bakı, 3 aprel, AZƏRTAC
Uşaqların Mənəvi və İntellektual İnkişafına Dəstək İctimai Birliyi Mədəniyyət Nazirliyinin “#EVDƏQAL yaradıcılıqdan qalma” şüarına dəstək olaraq müsabiqə elan edib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi bacarıqlı uşaqların üzə çıxarılması və uşaqların evdə vaxtlarının səmərəli keçirməsidir. Müsabiqə aprelin 5-i saat 12:00 da başlayacaq və aprelin 30-u saat 12:00-da yekunlaşacaq.
İki qalib iştirakçı olacaq. Qalib iştirakçının biri peşəkar münsiflərin birgə rəyi ilə seçiləcək, digər qalib isə “Facebook” sosial şəbəkəsində ən çox bəyənmə toplayan iştirakçı olacaq. Yarışmanın sonunda hər iki qalibə mükafat veriləcək.