ÜST dövlətləri Qəzzadakı xəstələrə kömək etməyə çağırıb
Qahirə, 17 iyul, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya dövlətlərini Qəzza zolağından təxliyə olunan xəstələri qəbul edərək onların müalicəsinə dəstək olmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus sosial platforma hesabında bildirib.
"Bu gün ÜST əksəriyyəti uşaqlardan ibarət olan 35 xəstənin və onları müşayiət edən 72 ailə üzvünün Qəzzadan İordaniyaya tibbi təxliyəsini həyata keçirib”, - deyə Gebreyesus vurğulayıb.
O, Qəzzada hələ də on mindən çox insanın təcili tibbi təxliyəyə ehtiyacı olduğunu diqqətə çatdırıb və daha çox ölkəni bu xəstələri qəbul etməyə çağırıb.
Baş direktor xəbərdarlıq edib ki, təxliyənin hazırkı sürəti ilə müalicəyə ehtiyacı olan bütün xəstələrin Qəzzadan çıxarılması illərlə vaxt apara bilər.
Qeyd edilib ki, Qəzzada səhiyyə sistemi acınacaqlı vəziyyətdədir. Xəstəxanaların əksəriyyəti fəaliyyətini dayandırıb, digərlərində isə imkanlar olduqca məhduddur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]