Azərbaycan Dövlət İnformasiya Agentliyi

Üzeyir Hacıbəyli - 135: ümumbəşəri əhəmiyyətə malik xəzinə

Üzeyir Hacıbəyli - 135: ümumbəşəri əhəmiyyətə malik xəzinə

Bakı, 18 sentyabr, AZƏRTAC

Hər bir xalqın ölkə, millət, dövlət kimi müqəddəs anlayışları ilə bərabər sayılan dahi şəxsiyyətləri var. Adları nəsildən-nəslə ötürülür və xalqın yaddaşında əbədi qalır. Azərbaycan xalqının qəlbində yaşayan elə müqəddəs adlardan biri 135 illik yubileyi qeyd olunan dahi Üzeyir Hacıbəylidir. Bu rəqəm yalnız qüdrətli şəxsiyyətin ildönümü deyil, xalqın ruhunun, millətin şərəfinin, musiqi mədəniyyətinin əsl qələbəsi və bayramıdır.

Bu fikirlər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının müdiri, professor Könül Nəsirovanın AZƏRTAC-a təqdim etdiyi “Üzeyir Hacıbəyli - 135: ümumbəşəri əhəmiyyətə malik xəzinə” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Bəstəkar, dramaturq, publisist, pedaqoq, musiqişünas-alim, tərcüməçi Üzeyir Hacıbəyli milli musiqi sənətinin inkişafında misilsiz rol oynayıb. Dahiyanə musiqi zəkası, iti zehni, fövqəladə intuisiya qabiliyyəti, əhatəli fəaliyyəti onun Azərbaycanın milli və mədəni-tarixi özünüdərkini ifadə edən təmsilçisinə çevirmişdir. Cəsarətli və novator sənətkar Ü.Hacıbəyli öz yaradıcılığında Şərqlə Qərbin musiqi ənənələrini birləşdirmiş, onların qovuşacağında yeni bədii hadisə yaratmış, unikal formalar axtarıb tapmış və Azərbaycan xalqının musiqisində gizlənən tükənməz imkanları üzə çıxarmışdır.

Üzeyir bəyin simasında milli musiqi mədəniyyətimiz ilk dəfə dünya əhəmiyyətli bir bəstəkar təqdim etmişdir. Azərbaycan xalq musiqisinin çoxəsrlik ənənələrinə, Avropa sənətinin nailiyyətlərinə və təcrübəsinə güvənən dahi sənətkar, XX yüzilliyin əvvəlində milli bəstəkarlıq məktəbinin əsasını qoymuş, ilk bəstəkarı və klassiki olmuşdur. Məhz bu zaman öz daxili inkişafında zəruri səviyyəyə yüksələn milli incəsənətimiz şüurlu şəkildə özünün mədəni formalarının təkmilləşdirilməsi ilə yanaşı, həmçinin dünya musiqisinin mahiyyətinin dərkinə varmağa başlamışdır.

Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində - dövri mətbuatda, peşəkar teatrda, musiqi və təsviri sənətdə avropalaşmaya doğru gedən prosesin formalaşması adı altında özünü göstərən “qızıl əsr” başlamışdır. Musiqi mədəniyyətində onun təməl daşı müsəlman Şərqinin ilk operası olan və 1908-ci ildə səhnələşdirilən Ü.Hacıbəylinin “Leyli və Məcnun” əsəri ilə qoyulmuşdur. Bu opera milli musiqi ənənələrinin “dağılması” məqsədilə deyil, onları bu çərçivədən kənara çıxaran vasitə kimi meydana gəlmişdir. Sosial-siyasi ideologiyada dönüş nöqtəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində, dövlətçilik ideyası milli mədəni ənənələri məhdud sərhədlərdən azad etmiş, yeni şəkildə ifadəsini tapmışdır. Burada söhbət “kor-koranə” iqtibas edilmələrdən getmir. Ü.Hacıbəyli Avropa ənənələrini düşünmədən, qeyri-şüuri formada mənimsəmir, onları sərbəst şəkildə tətbiq edir. Bəstəkarın bədii kəşfinin əhəmiyyəti ona gətirib çıxarır ki, milli musiqi mədəniyyəti gerçəkliyin hüdudlarından kənara çıxır və Azərbaycan musiqinin yeni modeli formalaşır.

Ü.Hacıbəylinin yaradıcılığı Azərbaycan xalq musiqisinin, muğam və aşıq yaradıcılığının əsasında pərvəriş tapır. Milli özünəməxsusluq sənətkarın musiqi üslubunda çox qabarıq şəkildə özünü büruzə verir. Xalq ruhunun təcəssümü üçün yeni -yeni axtarışlar bəstəkarın forma və ifadə vasitələri etibarilə novator əsərlərinin yaranmasına gətirib çıxarır. Azərbaycan ənənəvi musiqisi Ü.Hacıbəyli üçün yaradıcılıq çeşməsi, bədii sərvəti, xalqının ürəyi və səsi idi. Məhz bu səbəbdən dahi sənətkar xalq musiqisinin xəzinəsinə böyük ehtiramla və həssaslıqla yanaşır. Ü.Hacıbəyli xalqın musiqi təfəkkürünü elə dərindən dərk edir ki, bunları öz fərdi üslubunun səciyyəvi xüsusiyyətlərinə çevirir. Bu qanunauyğunluqlar bəstəkarın yaradıcılığında dünya klassik təcrübəsi ilə birləşir və sözsüz ki, onların zənginləşdməsinə gətirib çıxarır. Təsadüfi deyil ki, Ü.Hacıbəylinin musiqisi Azərbaycanın hüdudlarını aşır, Şərqlə Qərbin vəhdətinin parlaq və ölməz nümunəsinə çevrilir.

Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovlar ailəsində Qarabağın Ağcabədi kəndində dünyaya göz açır. Dövrün savadlı şəxsiyyətlərindən biri olan Əbdülhüseyn Hacıbəyov XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki malikanəsinə başçılıq etmişdir. Anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslinin nümayəndəsi idi. Tezliklə Üzeyir bəyin ailəsi məşhur xanəndə və musiqiçilərin, şairlərin, alimlərin, rəssamların beşiyi olan Şuşa şəhərinə qayıdır. Gözəlliyə həssas olan uşağın qəlbində musiqiyə maraq məhz burada oyanır. Kiçik yaşlarından güclü səsə malik Üzeyir bəy muğam sənətinin və xalq musiqisinin incəliklərini mühəndis dayısı Ağalar Əliverdibəyov, ən gözəl xanəndə və tarzənlərə qulaq asaraq öyrənir. Rəssamlığa və ədəbiyyata meyili olan istedadlı uşaq ilk təhsilini Şuşanın ikisinifli rus-Azərbaycan məktəbində alır. Onun bu illərdə ən böyük təəssüratlarından biri “Məcnun Leylinin məzarı üzərində” tamaşasında oğlanlar xorunda iştirakı olur. Cabbar Qaryağdıoğlunun baş rolda çıxış etdiyi və Ə.Haqverdiyev tərəfindən Füzulinin “Leyli və Məcnun” poeması əsasında səhnələşdirdiyi bu tamaşa o dərəcədə Ü.Hacıbəyliyə böyük təsir bağışlayır ki, illər sonra opera əsəri yazmaq ideyası formalaşanda, süjet seçimi onda şübhə doğurmur.

1899-cu ildə on dörd yaşlı Üzeyir bəy qəbul imtahanlarını asanlıqla verərək Qori Müəllimlər Seminariyasına daxil olur. Təhsil aldığı illəri (1899-1904) bir sıra əlamətdar hadisələrlə zəngindir. Əvvəla o, onunla eyni gündə və ildə dünyaya gəlmiş, sonralar silahdaşına çevrilmiş və Azərbaycan musiqisinin inkişafında böyük rol oynamış Müslüm Maqomayevlə dostluq etməyə başlayır. Məhz bu təhsil ocağında ilk dəfə Avropa musiqisi və Tiflis Opera Teatrında opera janrı ilə tanış olur, violino və bariton musiqi alətlərini çalmağı öyrənir, not savadına yiyələnir. Sonralar dahi Ü.Hacıbəyli yazır ki, onun musiqi zövqünün inkişafına C.Verdi və P.İ.Çaykovski böyük təsir göstərir, onların yaradıcılığı opera musiqisinə məhəbbət oyadır. Seminariyada oxuduğu illərdə dünyagörüşü formalaşır, ədəbiyyata və musiqiyə meyili güclənir. Ü.Hacıbəyli müxtəlif əsərləri, o cümlədən çox sevdiyi N.V.Qoqolun “Şinel” povestini Azərbaycan dilinə tərcümə edir.

Seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir, məktəbdə rus dili, hesab, tarix və musiqidən dərs deyir. Bir il sonra isə Bakıya gəlir və Bibiheybət neft rayonunda fəhlələrin uşaqları üçün nəzərdə tutulan məktəbdə fəaliyyətə başlayır.

1905-ci ilin inqilabi hadisələrinin təsiri Bakıda da duyulur və gənc müəllim Ü.Hacıbəylinin ictimai-siyasi, maarifçi fəaliyyətinə təkan verir. Bu zaman Azərbaycan dilində dərc edilən qəzet və jurnallar, “Nicat”, “Nəşr maarif” və digər cəmiyyətlərinin fəaliyyəti xalqın maariflənməsində vacib rol oynayır. 1906-cı ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakıda Azərbaycan müəllimlərinin Birinci qurultayı keçirilir və burada vacib qərarlar qəbul edilir. Bu, əvvəla Azərbaycan dilində məktəblərin və dərsliklərin yaranması ilə bağlı olur. Qurultayın iştirakçısı olan Ü.Hacıbəyli həmin çağırışları eşidərək, 1907-ci ildə Azərbaycan türkcəsində “Hesab Məsələləri” və “Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti”ni nəşr etdirir. Bu illər o, “İrşad”, “Həqiqət”, “Tərəqqi”, “Kaspi”, “Yeni iqbal”, “Molla Nəsrəddin” kimi qəzet və jurnalların səhifələrində məqalə və felyetonlarla çıxış edir, xalqın maariflənməsi uğrunda var gücü ilə çalışır. Zəngin yumoristik istedada malik Ü.Hacıbəyli dövri mətbuat səhifələrində “Ordan-burdan” ümumi başlığı altında dərc etdirdiyi yazıları böyük populyarlıq qazanır. Onun “Bazar söhbəti”, “Məzhəkə”, “Təhsil” kimi əsərləri satirik hekayə; “Rəfiqimdən məktub”, “Üçüncü dəllək”, “O, heç!”, “Tərəqqi və gerilik”, “Ha fikir edirəm başa düşmürəm!” kimi yazıları öz ictimai-siyasi məzmunu və bədii dəyəri ilə seçilən felyetonlardır. Dövrün qabaqcıl ideyalarının təmsilçisi olan “Molla Nəsrəddin” jurnalında dərc edilmiş felyetonlarda Ü.Hacıbəyli öz mövqeyini ortaya qoymuş, düşmənlərinə ləyaqətlə cavab vermişdir. Parlaq publisist istedadı, həyata geniş baxışları və mövqeyi ilə mütərəqqi ideyalar uğrunda mübarizə aparmış, fikirlərini açıq ifadə etmişdir.

Gərgin publisistik və pedaqoji fəaliyyət göstərən Ü.Hacıbəyli 1907-ci ilin dekabr ayında ilk musiqili əsəri olan “Leyli və Məcnun” operasını tamamlayır. 1908-ci ildə Tağıyev teatrında səhnələşdirilən bu opera 23 yaşlı Ü.Hacıbəylinin həyatında, Azərbaycan və dünya musiqi mədəniyyətində bir dönüş nöqtəsinə çevrilir. Musiqi səhnəmizin bəzəyi olan “Leyli və Məcnun” operası ilə milli bəstəkar yaradıcılığının əsası qoyulur, yeni ifaçılıq mədəniyyəti formalaşmağa başlayır. Böyük bəstəkar və dramaturqu Füzulinin “Leyli və Məcnun” poemasına cəlb edən, ona bağlayan həyat hadisələrinə baxışda fəlsəfi dərinlik, şeiri duymaqda coşqun hissiyyat, musiqini anlamaqda səsdən təsirlənmək və gözəlliyi tərənnüm etmək qabiliyyəti olur. Üzeyir bəyə Füzulinin yaradıcılıq aləmi, fikirləri, duyğuları könlünə və təfəkkürünə yaxın olduğundan, onları musiqisinin lisanına çevirir. Bu zaman o, ustalıqla poemanın məğzini təşkil edən dərin fəlsəfi məzmunu, lirikanı və böyük faciəni musiqinin ecazkar dili və xalqımızın musiqi sərvəti olan muğamlar vasitəsilə şərh edir.

Ü.Hacıbəyli çox zəngin musiqi irsi ilə milli bəstəkar musiqisinin bir çox janrlarının əsasını qoyur, obraz zənginliyi, dramatik həlli, forma rəngarəngliyi, yeni ifadə vasitələri ilə seçilən mükəmməl sənət nümunələri yaradır. Onun “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşid Banu”, “Harun və Leyla” kimi əsərləri dünya mədəniyyətində yeni bir cığır açır, opera janrını muğam operası növü ilə zənginləşdirir.

Dövrün mütərəqqi düşüncəli Azərbaycan ziyalıları C.Məmmədquluzadə, M.Ə.Sabir, N.B.Vəzirov, Ə.Haqverdiyev kimi, Üzeyir bəy də xalqın maariflənməsi yolunda var gücü ilə çalışır. Milli musiqili komediya janrının yaradıcısı olmuş bəstəkar, onu iti qələmi ilə kəskin ictimai satira səviyyəsinə ucaldır. “Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarında qadın azadlığı mövzusuna müraciət edir, nadanlığa, bərabərsizliyə qarşı öz səsini ucaldır. Bəstəkar musiqili komediya janrına müraciətinin səbəbini belə izah edir: “Musiqinin qüvvəsinə inam və musiqi vasitələri ilə ictimai-məişət eyiblərini qamçılamaq həvəsi, musiqidə Azərbaycan ziyalılarının proqressiv qüvvələrinin ətalət və mədəniyyətsizliyə qarşı mübarizəsini əks etdirmək səyi məni komik musiqi janrı - operettanı yaratmağa şövq etdi”. Ü.Hacıbəylinin “Arşın mal alan” operettası onun bəstəkar üslubunun təkamülündə vacib rol oynayır, dünyanın müxtəlif dillərinə tərcümə edilir, hər bir qitədə səhnələşdirilir və dəfələrlə ekranlaşdırılır.

1911-1913-cü illər ərzində Ü.Hacıbəyli Moskvada filarmoniya nəzdində kurslarda və Peterburq konservatoriyasında bir müddət təhsil alır, lakin maddi problemlərlə əlaqədar Bakıya qayıdır. 1914-1919-cu illərdə o, son muğam operası “Harun və Leyla”, çoxsaylı marşlar, “Azərbaycan” və “Dağıstan” adlı xoreoqrafik süitalar bəstələyir. 1916-cı ildə “Zülfüqar və Üzeyir Hacıbəyovlar qardaşlarının direksiyası” yaranır. Bu truppanın tamaşaları yüksək bədii keyfiyyətləri ilə seçilir və Azərbaycan musiqili teatrının inkişafında vacib rol oynayır.

1918-1920-ci illər ərzində Ü.Hacıbəyli kiçik qardaşı, ictimai xadim, yazıçı, jurnalist və tarixçi Ceyhun Hacıbəyli ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak edir. Bu zaman Üzeyir bəyin “İstiqlaliyyət”, “Vəzifəmiz nədir?”, “Andronik məsələsi”, “Qarabağ haqqında”, “Milliləşmək”, “Ordumuz”, “Bir yaş”, “Bayrağımız sarsılmaz” və digər mühüm məqalələri işıq üzü görür. Bu məqalələrdə o, xalqı düşündürən siyasi məsələləri, ana dilimizin qorunması, əzəli düşmənimiz olan ermənilərin fitnələrindən bəhs edir. Eyni zamanda, Ü.Hacıbəyli milli musiqi mədəniyyəti haqqında düşüncələrini Azərbaycan Cümhuriyyətinin bir ili münasibətilə “İstiqlal” məcmuəsində dərc olunan “Azərbaycan türklərinin musiqisi haqqında” dəyərli məqaləsində bölüşür.

Sənətkarın yaradıcılığının yeni səhifəsi 20-ci illərə təsadüf edir. Bu zaman o, musiqi mədəniyyətinin, təhsilinin, musiqi kollektivlərinin qurulmasında iştirak edir. Məhz dahi sənətkarın səyləri nəticəsində 1921-ci ildə hazırda onun adına daşıyan Bakı Musiqi Akademiyası (o zaman Azərbaycan Dövlət Konservatoriyası) təşkil olunur. Musiqi kadrlarının formalaşması və musiqi elminin inkişafında vacib rol oynayan bu şərəfli tədris ocağında bu gündə dahi sənətkar tərəfindən əsası qoyulan ənənələr yüksək səviyyədə inkişaf edir.

1926-cı ildə konservatoriyanın nəzdində Ü.Hacıbəyli xor kollektivini yaradır, lakin müəyyən qüvvələrin müqavimətinə görə bir ildən sonra onun fəaliyyəti dayandırılır. Buna baxmayaraq, 1936-cı ildə o, filarmoniyada yeni xor kollektivinin əsasını qoyur və bununla da xor sənətinin inkişafına böyük təkan verir. Azərbaycan musiqisində ilk “Firdovsi” (1934) kantatasının müəllifi də məhz bəstəkar özü olur. Bundan başqa, dahi sənətkar xor üçün xalq mahnılarının işləmələrini edir, “Ölməz sənətkar”, “Vətən və cəbhə” kantatalarını yazır.

1931-ci ildə Ü.Hacıbəyli dünya musiqi incilərini təbliğində müvəffəqiyyətlə çıxış edən radio komitəsinin nəzdində notlu Xalq Çalğı Alətləri orkestrini formalaşdırır. Bu musiqi kollektivi üçün ilk əsərlərin - “Çahargah” və “Şur” fantaziyaların müəllifi də Ü.Hacıbəyli olur. Xalq musiqisi zəminində yaranmış bu kompozisiyalarda sənətkar vacib yaradıcılıq problemlərini həll edir. SSRİ Xalq artisti Niyazi qeyd edir ki, “bu, həqiqətən ilhamverici əsərlərin musiqi dramaturgiyasının tənasüblüyü, başlıca surətlərin zidd xarakteri, dolğun işlənmiş məzmunlu materialı Azərbaycan simfonizminin ilk səhifələrini açır”.

Həmin il bəstəkar Azərbaycan musiqisində ilk ansambl pyeslərindən olan violino, violonçel və fortepiano üçün “Aşıqsayağı” triosunu yazır. Milli musiqi mədəniyyətimiz üçün yeni olan bu janrda o, aşıq musiqisinin, zərbi muğamların xüsusiyyətlərini Avropa ənənələri ilə mükəmməl şəkildə birləşdirir, motsartsayağı işıqlı, şəffaf, incə səslənən əsərini bəstələyir.

Ü.Hacıbəyli yaradıcılığının şah əsəri olan “Koroğlu” operasını 1936-cı ildə tamamlayır. Bir il sonra Azərbaycan Opera və Balet Teatrında səhnələşdirilən opera dünya musiqi incilərinin siyahısına daxil olur və milli musiqi mədəniyyətimizin gələcək çiçəklənməsini təmin edir. Əsl xalq ruhu və Azərbaycan ənənəvi musiqisinin bütün zənginliyi ilə aşılanmış əsərdə Ü.Hacıbəyli Şərq-Qərb ənənələrinin tam vəhdətinə nail olur, qəhrəmani-vətənpərvərlik ideyasını dolğun şəkildə ifadə edir. 1938-ci ildə opera rus dilinə tərcümə edilərək Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında böyük uğurla səslənir. Bəstəkar və “Koroğlu” partiyasının mahir ifaçısı Bülbül SSRİ Xalq artisti adına layiq görülür.

40-cı illərdə Ü.Hacıbəyli dünya musiqisində yeni “romans-qəzəl” janrının əsasını qoyur, dahi Nizaminin sözlərinə “Sənsiz” və “Sevgili canan” vokal incilərini bəstələyir. İkinci Dünya müharibəsi dövründə isə qələbəyə inam hissini mahnı və marşlar, xalq çalğı alətləri üçün yazılmış “Cəndi”də bildirir.

Milli musiqi elminin əsasını qoyan Ü.Hacıbəyli öz fikir və mülahizələrini “Azərbaycan musiqi həyatına bir nəzər”, “Azərbaycan türk xalq musiqi haqqında”, “Azərbaycan musiqi inkişafı” və digər məqalələrində irəli sürür. Alimin irsi uzunömürlü olur. Onun nəinki musiqisi, eləcə də elmi fikirləri müasir milli musiqişünaslığının fundamentinə çevrilir. Ü.Hacıbəylinin bir alim kimi təşəkkülü bütün əvvəlki elmi musiqi təfəkkürünün yekunu olur. Əlbəttə, o, təkcə ənənə üzərində formalaşmır, çünki sənətkar daim müasirliyə maraq göstərir, yeni elmi əsərləri izləyir. Bunun nəticəsində 1945-ci ildə akademik Ü.Hacıbəylinin fundamental elmi nəzəriyyəsi olan “Azərbaycan xalq musiqisinin əsasları” əsəri işıq üzü görür. Milli lad sistemini qanunauyğunluqlarını açıqlayan bu nəzəriyyədə o, illər boyu apardığı araşdırmalar, xalq musiqisinin tədqiqi əsasında qənaətə gəldiyi fikirləri ilə bölüşür. Böyük tarixi və elmi əhəmiyyətə malik “Azərbaycan xalq musiqisinin əsasları” əsəri sonrakı nəsil bəstəkarların musiqi üslubunun xüsusiyyətlərinə təsir göstərir, milli musiqi elminin nəzəri əsasını təşkil edir.

Böyük pedaqoq, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, professor Ü.Hacıbəyli milli musiqi kadrların formalaşmasında əvəzsiz rol oynayır. Sənətkarın yaradıcılığı, nəzəri fikirləri möhkəm prinsiplərə arxalandığı kimi, pedaqoji fəaliyyəti də ciddi prinsiplərə əsaslanır. Təkcə onun sinfində təhsil almış yox, bütün Azərbaycan bəstəkarları, F.Əmirovun təbirincə desək, “Üzeyir məktəbindən çıxmış”, onun bədii ixtiralarından faydalanmış və onları inkişaf etdirmişdir.

Görkəmli ictimai xadim Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışmış, Azərbaycan SSR Elmlər Akademiyasının Elmi-Tədqiqat İncəsənət İnstitutuna rəhbərlik etmiş Ü.Hacıbəylinin yaradıcılığı və fəaliyyəti milli musiqi mədəniyyətimizin vacib tarixi mərhələsini təşkil edir. Üzeyir bəyə xüsusi sevgi və rəğbət bəsləyən ulu öndər Heydər Əliyev demişdir: “Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq”.

135 illik yubileyini qeyd etdiyimiz dünya şöhrətli bəstəkarın əzəmətli və möhtəşəm əsərləri Azərbaycan musiqi mədəniyyətinin inkişafına bu gündə güclü təkan verir, düşünür və düşündürür. Ü.Hacıbəylinin musiqisi xalqımızın zəngin xəzinədir, mənəvi sərvətidir. Bu əbədi və tükənməz sərvət məşəl kimi yanır və milli musiqi mədəniyyətimizin yolunu daim işıqlandırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər