MƏDƏNİYYƏT
Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert olub
Bakı, 22 sentyabr, Aynur İsmayılova, AZƏRTAC
Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə Əməkdar artistlər Rəna İsmayılova (orqan), Səbinə Əsədova (metso-soprano), vokalçıların respublika müsabiqəsi laureatı Fəridə Məmmədova (soprano), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Şövkət Məmmədova adına Opera Studiyasının solisti Taleh Yəhyayev (bariton) çıxış ediblər.
Konsertdə Edvard Elqar, Aleksandr Qilman, Olivye Messian, Qara Qarayev, Vasif Adıgözəlov, Sevda İbrahimova, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli və başqa bəstəkarların əsərləri səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]