Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Valday”dan dünyaya mesaj

“Valday”dan dünyaya mesaj

Bakı, 7 oktyabr, AZƏRTAC 

Dünyada gedən proseslər göstərir ki, beynəlxalq siyasət fundamental dəyişikliklər dövrünü yaşayır. Uzun müddət hökmranlıq edən Qərb təsəvvürlərindən tam fərqli strategiyası və siyasi mədəniyyəti olan ölkələr artıq beynəlxalq arenada aparıcı rol oynamağa başlayıblar. Bu da səbəbsiz deyil.

XXI yüzilliyin əvvəllərindən başlayaraq Yaxın Şərqin bir çox dövlətləri dünyanın gözü qarşısında müxtəlif Qərb ideoloqlarının ortaya atdıqları müxtəlif və əksər hallarda dağıdıcı konsepsiyaların poliqonuna çevrilmişdir. “Humanitar müdaxilə”, “demokratiya yürüşü”, “ərəb baharı”, “İslam dövləti” kimi dağıdıcı təşəbbüslərlə dünyanın mühüm regionlarından olan Yaxın Şərqin və ona qonşu olan regionların sabitliyi daim sınağa çəkilir və nəticədə XX əsrin əvvəlindən başlayaraq dövlətçilik ənənələri formalaşan və oturuşmağa başlayan bir çox ölkələrdə Qərbin silah gücünə demokratiya ixracı yalnız dağıntılara, xaosa və vətəndaş müharibələrinə səbəb olub. Məhz belə bir zamanda müstəqil Azərbaycanın da tarixən qərarlaşdığı Avrasiya dünya siyasətinin diqqət mərkəzinə çevrilməyə başlamışdır. Bu da ondan irəli gəlir ki, indi Avrasiya fəal inkişaf edən, müstəqil siyasət yeridən, çox mühüm geoiqtisadi proseslərin kəsişməsində qərarlaşan nəhəng geosiyasi məkana çevrilib. Bir sözlə, müasir qlobal dünyanın çağırışlarına və sorğularına cavab verən Böyük Avrasiya bugünkü dünyanın çox mühüm regional fenomeni kimi özünü təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlı bildirib.

O qeyd edib ki, dizaynının təmkinlə və qarşılıqlı etimad əsasında verildiyi bu möhtəşəm siyasi arxitekturada müstəqil Azərbaycanın da özünəməxsus yeri və rolu var. Bu rol ölkənin lideri Prezident İlham Əliyevin siyasi qətiyyəti və əzmkarlığı, uğurla gerçəkləşdirdiyi möhtəşəm regional iqtisadi, logistik və strateji layihələr sayəsində gündən-günə artır və möhkəmlənir. Təbii ki, belə olan halda Qərbin ikili standartlarla yanaşdığı və uzun müddət həllinə biganə qaldığı Dağlıq Qarabağ münaqişəsinin gələcəkdə Böyük Avrasiya məkanında regional gərginlik ocağı kimi qalması geoiqtisadi tərəqqinin təşəbbüskarları olan region ölkələri üçün məqbul sayıla bilməz. Ona görə də münaqişənin tezliklə həlli, həm də ədalətli həlli Qərbdən fərqlə olaraq ikili standartlardan uzun zaman əziyyət çəkmiş Avrasiya ölkələri üçün heç şübhəsiz ciddi əhəmiyyət kəsb edir.

Sentyabrın 30-dan oktyabrın 3-nə qədər Rusiya Federasiyasının Soçi şəhərində keçirilən və dünyanın bir sıra dövlət başçıları ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı diskussiyalar da bu məsələni aydın göstərdi.

Avrasiya ölkələrinin, bir çox digər regionların dövlət başçılarının, təhlükəsizlik məsələləri üzrə onlarla qabaqcıl və nüfuzlu beynəlxalq ekspertlərin iştirak etdiyi klubun plenar iclasında kürsüyə qalxan Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli çıxışı sözün həqiqi mənasında dünyaya çox sərt və qətiyyətli bir mesaj oldu.

Azərbaycan lideri çox mötəbər tədbirlərdəki kəskin və məntiqli siyasi strategiyasına sadiq qalaraq “Valday” forumundakı çıxışında da dünyanın Qərbin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşmasını ən sərt şəkildə qınadı və bəyan etdi: “BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə - qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır”.

Əgər xatırlayırsınızsa, 2017-ci ildə də Prezident İlham Əliyev elə BMT-nin tribunasından bu qurumun qəbul etdiyi qərarlara ikili yanaşmanı bundan daha sərt şəkildə tənqid edərək bəyan edirdi ki, “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir”.

Ermənistan təkcə BMT-nin qərarları deyil, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdikləri qərarları yerinə yetirməkdən boyun qaçırır və buna görə ona qarşı heç bir sanksiya tətbiq edilmir. ATƏT-in Minsk qrupu regionda sabitliyə mane olan Ermənistanı ciddi cəhdlə sülh sazişi üzərində işləməyə dəvət etsə də, hər dəfə bu ölkədə siyasi hakimiyyət dəyişikliyindən sonra bu proses təxirə salınır, Ermənistan bu çağırışlara əhəmiyyət vermir və beləliklə münaqişənin həlli uzanır. Amma Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın bu məsuliyyətsizliyinə imkan yaradan sözsüz ki, beynəlxalq təşkilatların münaqişənin həllinə ikili standartlardan yanaşmasıdır.

Əslində, Azərbaycan Prezidenti yüksək tribunalardan səsləndirdiyi mesajlarla dünya ictimaiyyətini münaqişənin sülh yolu ilə həllində beynəlxalq təşkilatlardan ədalətli yanaşma tələb etməyə səsləyir. Bu çıxışlarda səslənən obyektiv fikirlər, hətta deyərdim, məlum təşkilatlara və dövlətlərə ünvanlanan cavabı bəlli kəskin suallar insanlarda istər-istəməz belə bir sual doğurur ki, doğurdanmı 25 ildən artıq bu işlə məşğul olan məlum təşkilatların ekspertləri zərərçəkmiş tərəfin Azərbaycan olduğunu aydınlaşdıra bilmirlər. Dövlətimizin başçısı bir məsələni də dünyanın diqqətinə çatdırır ki, bu münaqişə özünəməxsus regional barıt çəlləyidir və hər an partlaya bilər. Azərbaycanın səbri tükənməz deyil və bunu beynəlxalq aləm bilməlidir. Aprel döyüşlərini xatırlamaq kifayətdir ki, məsələnin uzanmasının hansı nəticələrə gətirib çıxara biləcəyini dərk etmək mümkün olsun.

İkinci bir tərəfdən, məlum olan bir məsələ də ondan ibarətdir ki, bir çox dövlətlər bu münaqişədən qətiyyətlə müstəqil siyasət aparan Azərbaycanı öz maraqları istiqamətinə yönəltmək üçün istifadə etməyə çalışırlar. Lazımi məqamda bu münaqişəni alovlandırıb regionu idarəolunmaz xaos ərazisinə çevirsinlər. Amma Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış siyasət və qətiyyətli mövqeyi buna imkan vermir və xalqımız əmindir ki, heç zaman da imkan verməyəcək.

Haqlı olaraq bir çox siyasi ekspertlər Prezident İlham Əliyevin belə mötəbər məclislərdə qətiyyətli çıxışlarını ölkəsinin hansı ədalətsizliklərlə üzləşdiyini, münaqişənin həqiqi səbəblərini dünyaya çatdırmaq baxımından çox güclü və səmərəli addım kimi qiymətləndirirlər. Məsələn, rusiyalı jurnalist və hərbi ekspert, “Milli müdafiə” jurnalının redaktoru İqor Koroçenko Azərbaycan Prezidentinin çıxışına münasibət bildirərək deyir: “Azərbaycan bütün imkanlardan, o cümlədən Valday forumundan öz mövqeyini ortaya qoymaq üçün istifadə edir. Azərbaycan Prezidentinin sözləri böyük diqqətlə qarşılandı və geniş əks-səda doğurdu, ekspertlərə daha bir əsas verdi ki, Qarabağ probleminə, ərazilərinin işğaldan azad edilməsinə yenidən diqqət yönəltsinlər”.

Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” klubunun plenar iclasındakı çıxışının ikinci və mən deyərdim ki, Ermənistan ictimaiyyəti arasında qarışıqlığa səbəb olan digər bir məqamı da son zamanlar siyasi gedişləri ilə erməni xalqı arasında nüfuzunu sürətlə itirməkdə olan baş nazir Nikol Paşinyanın eyforik çıxışına cavabı oldu. “...Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Etiraf etmək lazımdır ki, Azərbaycan Prezidentinin bu bəyanatı Ermənistanın baş nazirinə çox sərt bir siyasi sillə oldu. Son bir neçə ayda yarıtmaz idarəçiliyi ilə ölkəsində ciddi qarşıdurmaya meydan açan Nikol Paşinyanın artıq beynəlxalq aləmdə də ciddi siyasətçi kimi qəbul olunmadığını nəzərə alsaq, o zaman onun Prezident İlham Əliyev tərəfindən “Valday”da aldığı bu tərs siyasi silləni yoxsulluq və səfalət içində yaşayan erməni ictimaiyyəti ona heç güzəştə getməyəcək.

Bütün bunlardan sonra bir daha əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas prinsiplərindən biri çoxşaxəlilik, mütəhərrik alyanslar strategiyasıdır ki, bu da ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davamı etdirildiyini nümayiş etdirir. Bu siyasətdə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi və ölkənin ərazi bütövlüyünün bərpası mühüm prioritet olaraq qalır və birbaşa dövlət başçısının nəzarətindədir. Bununla paralel olaraq Azərbaycan bir tərəfdən özünün, ilk növbədə, suverenliyinin müdafiəsinə, milli maraqlarının qorunmasına yönələn prinsipial xəttinə qətiyyətlə əməl edir, digər tərəfdən əməkdaşlıq etdiyi ölkələrin maraqlarına hörmətlə yanaşır. Məhz belə bir xarici siyasət xətti Azərbaycanı beynəlxalq birliyin hörmət etdiyi dövlətlərdən birinə çevirmişdir. Ona görə də bir çox regional məsələlərin həllində onun mövqeyi eşidilir və qəbul edilir. “Valday” forumunda Azərbaycan Prezidenti İlham Əliyevin bir çox hərbi münaqişələrin həlli üçün konstruktiv yollar təklif etməsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatının alqışlarla qarşılanması da məhz bunun təsdiqi idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə