Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb

Vaşinqton, 19 may, AZƏRTAC 

ABŞ-ın paytaxtı Vaşinqtonda ikigünlük Trans-Xəzər Forumuna start verilib. Forumun əsas məqsədi Trans-Xəzər region dövlətləri, o cümlədən Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan, Özbəkistan və Türkmənistan tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes, ticarət və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.

AZƏRTAC xəbər verir ki, 3 milyondan çox üzvü olan nüfuzlu ABŞ Ticarət Palatası və Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən, ilk dəfə olaraq ABŞ Ticarət Palatasının Ağ ev ilə üzbəüz yerləşən möhtəşəm “Hall of Flags” auditoriyasında baş tutan forumda ABŞ administrasiyası və region dövlətlərinin yüksək rütbəli nümayəndələri bir araya gələrək Trans-Xəzər regionunun potensialını müzakirə ediblər. Tədbirdə ABŞ dövlət qurumlarının, akademik təşkilatların, biznes və siyasi dairələrin, diplomatik korpusun 200-dən çox nümayəndəsi iştirak edib. ABŞ Ticarət Palatasının vitse-prezidenti Qari Litman və Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Niftiyev forumun açılışında tədbirin əhəmiyyətindən danışıblar.

ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiters çıxışında müasir İpək Yolunun vacib komponenti olan Trans-Xəzər dəhlizinə ölkəsinin dəstəyini ifadə edib. O, bu dəhlizin Şərq-Qərb yükdaşımalarının həyata keçirilməsində mühüm rolunu vurğulayıb və bu xüsusda ABŞ-ın tərəfdaş olmaqda marağını çatdırıb. ABŞ rəsmisi region ölkələrinin bu dəhlizin inkişafı sahəsində mühüm infrastruktur layihələri həyata keçirdiklərini və bu xüsusda ötən il açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini diqqətə çatdırıb. B.Makfiters ABŞ-ın bu istiqamətdə region ölkələri ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu və yaxın zamanlarda özünün regiona səfər etmək niyyətinin olduğunu söyləyib.

Daha sonra ABŞ Ticarət Nazirliyinin beynəlxalq ticarət administrasiyasının direktoru Matyü Edvard ticarət naziri Vilbur Rosun tədbirlə bağlı xoş arzularını çatdırıb və 2016-cı ildən bəri Vaşinqtonda təşkil edilən sözügedən forumun region ölkələri ilə yeni əməkdaşlıq imkanlarının təşviqi baxımından vacib platforma olduğunu ifadə edib. O, çıxışında ABŞ şirkətlərinin tarixi İpək Yolunun canlandırılmasında region ölkələrinin gördüyü işlərə yaxından cəlb edilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Natiq, həmçinin Trans-Xəzər dəhlizi ölkələrini dəstəkləmək üçün ABŞ Ticarət Nazirliyi tərəfindən həyata keçirilən proqramlar barədə də məlumat verib.

Sonra Azərbaycanın və forumun digər təşkilatçı dövlətlərinin ABŞ-dakı səfirləri çıxış ediblər. Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Trans-Xəzər Forumunun Azərbaycanın regionda ticarət, tranzit əlaqələrinin təmin edilməsində mərkəzi rolunu, xarici investisiyalar və ticarət üçün işgüzar dostluq mühitinin təqdim edilməsində potensialını vurğulamaq üçün başlıca platforma olduğunu bildirib. O, bu tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ərəfəsinə təsadüf etdiyini və Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyini yenidən bərpa edən digər region ölkələri ilə bərabər böyük inkişaf yolu keçdiyini söyləyib.

Səfir hazırda regionun tranzit potensialının inkişafında Azərbaycan hökumətinin fəaliyyətinə diqqəti çəkərək, bu işdə mövcud vacib enerji və nəqliyyat infrastruktur layihələrinin əhəmiyyətini vurğulayıb. Bu xüsusda, diplomat ABŞ şirkətləri ilə əməkdaşlığın önəmli olduğunu və cari il mayın 15-18-də Azərbaycandakı Amerika Ticarət Palatası tərəfindən ilk dəfə olaraq Vaşinqtona işgüzar missiyanın səfərinin bu əməkdaşlığa əlavə töhfə verəcəyinə əminliyini ifadə edib.

E.Süleymanov Azərbaycanın regionda lider rolunun ölkə başçısının strateji və uzaqgörən baxışı ilə bağlı olduğunu vurğulayıb, həyata keçirilən irimiqyaslı layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Bakı Karqo Terminalını xatırladıb, bu layihələrin regionun tranzit potensialının artırılmasında xüsusi rolunu qeyd edib. Bununla yanaşı, Azərbaycan diplomatı nəqliyyat və tranzitlə bərabər Azərbaycanın həm də peyk ölkəsinə çevrildiyini bildirib.

Forum təşkilatçılarına, o cümlədən ABŞ Ticarət Palatası və Xəzər Siyasət Mərkəzinə təşəkkürünü ifadə edən səfir tanınmış amerikan diplomatı Riçard Houqləndin aparıcı rolunu vurğulayıb. Azərbaycan diplomatı Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, bu münaqişənin regionun tam inteqrasiyası və əməkdaşlığına maneə olduğunu və ABŞ-ın sabiq həmsədri R.Houqlənd kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sülhə nail olunmasına sadiq qalaraq səylərini artıracağına ümid bəslədiyini söyləyib.

Daha sonra E.Süleymanov vaxtilə digər aparıcı ölkələrin təcrübəsini öyrənən Azərbaycanın “ASAN xidmət” kimi öz milli brendini yaratdığını və bu təcrübənin regionun digər ölkələrində tətbiq edildiyini deyib. Bildirib ki, bu təcrübənin bölüşülməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımdan “ASAN xidmət”in nümayəndəsinin keçirilən tədbirdə iştirakı xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Əfqanıstan, Türkiyə, Gürcüstan və Türkmənistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri Trans-Xəzər dəhlizinin üstünlükləri və görülən işlər barədə danışıb, həmçinin bu forumun ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini, cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın daha da artırılmasında və bunun ölkələrin iqtisadi inkişafında vacibliyini qeyd ediblər.

Forum çərçivəsində Trans-Xəzər dəhlizi ölkələrində biznes və sərmayə şəraiti, dəniz, dəmir yolu və hava nəqliyyatının imkanları, regionun enerji təchizatı və təhlükəsizliyi baxımından qlobal mərkəzə çevrilməsi, eləcə də texnologiya və innovasiyalar üzrə təşkil edilən 4 paneldə dövlət və şirkət nümayəndələri çıxışlar edib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirin sərmayə və ticarət mövzusuna həsr olunmuş və səfir R.Houqləndin moderatorluğu ilə keçən ilk paneldə çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasətindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son dövrlər aparılan islahatlar və əldə edilən nəticələr barədə ətraflı məlumat verib.

Nazir müavini Azərbaycanın biznes mühiti sahəsində aparıcı beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırdığını və ABŞ şirkətləri üçün qeyri-neft sektoru, o cümlədən nəqliyyat və logistika, yüksək texnologiyalar, infrastruktur, sənaye və digər sahələrdə əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb. Bu paneldə həmçinin, ABŞ Prezidentinin köməkçisinin müavini və Ağ ev Milli Təhlükəsizlik Şurasının Mərkəzi Asiya üzrə Baş direktoru Liza Kurtis, Əfqanıstan Prezidentinin infrastruktur və texnologiya üzrə köməkçisi Mohammad Qayumi, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Qenadi Arveladze çıxış edərək regionun geostrateji əhəmiyyətindən bəhs edib, burada həyata keçirilən infrastruktur layihələrinin və Trans-Xəzər dəhlizinin üstünlüklərindən danışıblar.

L.Kurtis çıxışında, həmçinin ABŞ-ın Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, eləcə də Xəzər regionunun həmişə ABŞ-ın xarici siyasətinin ən vacib prioritetlərindən olduğunu və bu siyasi kursun indiki Administrasiya tərəfindən daha da gücləndiriləcəyini qeyd edib.

Nüfuzlu beyin mərkəzi olan “Heritage” Fondunun nümayəndəsi Lük Kofenin moderatorluğu ilə keçən nəqliyyat infrastrukturunun inkişafına həsr olunmuş növbəti paneldə çıxış edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı baş direktorunun müşaviri Tural Əliyev Azərbaycanın nəqliyyat infrastrukturu və dəhlizlər barədə məlumat verib, eləcə də limanın tikintisi üzrə görülən işlərdən, azad ticarət zonasının yaradılmasından və onun regionda nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində oynayacağı roldan bəhs edib.

Bu paneldə çıxış edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi Tariyel Mirzəyev təmsil etdiyi şirkətin Trans-Xəzər dəhlizindəki rolu, bu dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu “bir pəncərə” sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

Enerji sahəsinə həsr olunmuş və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekutanın moderatorluğu ilə keçən paneldə çıxış edən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov ölkəmizin enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə söz açıb.

O, gələn ay Avropanın enerji diversifikasiyası və təhlükəsizliyində xüsusi rol oynayacaq Cənub Qaz Dəhlizinin Trans-Anadolu (TANAP) qaz boru kəməri hissəsinin açılış mərasiminin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bu paneldə, həmçinin “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Equinor” (əvvəlki “Statoil”) şirkətinin vitse-prezidenti, Vaşinqton ofisinin rəhbəri Qeir Vestqard çıxış edib və Azərbaycanla həyata keçirilən uğurlu əməkdaşlıqdan danışıblar.

İnnovasiya və texnologiyalar sahəsinə həsr olunmuş sonuncu paneldə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli və “Azərkosmos” ASC-nin sədrinin müşaviri Abbas Məmmədov çıxış ediblər. A.Cəfərli “ASAN xidmət” təcrübəsi və onun Trans-Xəzər regionunda indiyədək həyata keçirilmiş tətbiqi və gələcək perspektivlərindən danışıb. A.Məmmədov isə “Azərkosmos”un fəaliyyəti, xidmətləri və regionda qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi sahəsində atılacaq növbəti addımlar, habelə peyk sənayesində ABŞ şirkətləri ilə uğurlu əməkdaşlıqdan bəhs edib.

Ümumilikdə, forumun ilk günü Trans-Xəzər dəhlizinin üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb. Digərləri ilə müqayisədə bu dəhlizin daha qısa olması və gələcəkdə Çindən Avropaya daşımaların 15-20 günə çatdırıla bilmə potensialı, dəhliz boyu sabitlik və təhlükəsizliyin hökm sürməsi, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq, artan ticarət, müasir standartlara cavab verən infrastruktur və azad ticari zonaların mövcudluğu, “bir pəncərə” sisteminin tətbiqi və daha da müasirləşməkdə olan sərhəd-keçid və gömrük rəsmiləşdirməsi prosedurları və sair vurğulanıb.

Qeyd edək ki, forum Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın ABŞ-dakı səfirliklərinin dəstəyi ilə keçirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Boeing”, “Chevron”, “Schneider Group”, “Caspian Foundation”, ABŞ-Azərbaycan Ticarət Palatası, Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutu, ABŞ-Gürcüstan Biznes Şurası, Amerikanın Azərbaycanda Ticarət Palatası, Amerikanın Gürcüstanda Ticarət Palatası, Amerikanın Qazaxıstanda Ticarət Palatası, ABŞ-Qazaxıstan Biznes Assosiasiyası, ABŞ-Türkiyə Şurası Forumun tərəfdaşlarıdır. “Boeing”, “Chevron”, “Schneider Group” və “Caspian Foundation” şirkətləri builki forumun sponsorlarıdır.

Forumda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərkosmos”, “Azərbaycan Hava Yolları” QSC, “Silk Way” və “Azərsun Holding”in nümayəndələri təmsil edir. Eyni zamanda, foruma Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) tərəfindən Vaşinqtona səfəri həyata keçirilmiş missiyanın üzvləri də qatılıb.

Trans-Xəzər Forumu çərçivəsində, həmçinin ABŞ Konqresində brifinq və nüfuzlu “Heritage” Fondunda analitik müzakirələr nəzərdə tutulub. Bundan başqa, Azərbaycan nümayəndə heyətinin Vaşinqtona səfəri zamanı Ağ ev, Dövlət Departamenti, Ticarət Nazirliyi, ABŞ Ticarət Palatası və Konqresdə ikitərəfli görüşləri keçirilib.

Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən etibarən hər il Vaşinqtonda keçirilir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib