Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vayxır sol sahil suvarma və drenaj şəbəkəsi istifadəyə verilib

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Ali Məclisin Sədri Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin istifadəyə verilməsi münasibətilə torpaq mülkiyyətçilərini təbrik edərək deyib: Hər bir ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün ilk növbədə kənd təsərrüfatı inkişaf etdirilməlidir. Aydın məsələdir ki, kənd təsərrüfatının inkişafı da müasir meliorasiya və irriqasiya sistemləri olmadan mümkün deyil. Bu zərurəti nəzərə alan ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə meliorasiya və irriqasiya sahəsində kompleks tədbirlər həyata keçirilmiş, yeni su anbarları, nasos stansiyaları, suvarma kanalları tikilmiş, torpaqların su təminatı xeyli dərəcədə yaxşılaşdırılmışdır. Ulu Öndərimiz ölkəmiz müstəqillik qazandıqdan sonra da bu məsələni diqqətdə saxlamış, ölkə Prezidenti də meliorasiya və su təsərrüfatı sisteminin kompleks şəkildə inkişaf etdirilməsi üçün dövlət proqramlarını imzalamışdır.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasında da torpaq sahələrinin meliorasiya və irriqasiya sistemləri ilə təchiz olunması daim diqqət mərkəzində saxlanılır. “Kənd təsərrüfatı ili”ndə bu sahədə həyata keçirilən tədbirlərin miqyası xeyli genişləndirilmiş, rentabelli suvarma şəbəkələrinin qurulması hesabına torpaq sahələrinin dayanıqlı su təminatı yaradılmışdır. Müasir irriqasiya sistemlərinin, kollektor-drenaj şəbəkələrinin və nasos stansiyalarının, yeni suvarma boru xətlərinin istifadəyə verilməsi nəticəsində bu il muxtar respublikada 6 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Bu gün istifadəyə verilən qapalı suvarma və drenaj şəbəkəsi də muxtar respublikada yaradılan mühüm irriqasiya sistemlərindəndir. Böyük iqtisadi əhəmiyyəti olan bu layihənin reallaşdırılması nəticəsində Babək rayonu Nehrəm kəndinin 1170 hektar və Culfa rayonu Bənəniyar kəndinin 1050 hektar olmaqla, ümumilikdə 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi qurulmuşdur. Yaradılan şərait ərazidə suyun itkisiz çatdırılmasını, yeraltı suların ərazilərdən uzaqlaşdırılmasını, əvvəllər suvarılması mümkün olmayan sahələrə də su verilməsini təmin etməklə şoranlaşmanın qarşısının alınmasına, bol məhsul istehsalına, bir sözlə muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edəcəkdir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik. Bu gün müasir hidrotexniki qurğuları yaratmaqla yanaşı, onlardan səmərəli istifadə də qarşıda duran əsas vəzifədir. Torpaq mülkiyyətçiləri və sahibkarlar yaradılan şəraitdən düzgün istifadə etməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır. Muxtar respublikada meliorasiya və irriqasiya sahəsində müasir infrastruktur ona görə yaradılır ki, torpaqlar əkilsin, bol kənd təsərrüfatı məhsulu istehsal olunsun. Ona görə də aid dövlət orqanları və yerli icra hakimiyyətləri müasir irriqasiya sistemlərinin əhəmiyyəti, onların normal istismarının təşkili ilə bağlı torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri aparmalıdırlar. Suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmalıdır. Mütərəqqi suvarma metodlarının tətbiqi və rentabelli suvarma şəbəkələrinin qurulması, sudan istifadədə qənaətedici texnika və texnologiyaların tətbiqi davam etdirilməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalıdır. Əkin sahələrində su itkisinin və şoranlaşmanın qarşısının alınması üçün şırım üsulu ilə əkinə üstünlük verilməlidir.

Ali Məclisin Sədri bu vəzifələrin icrasında hər kəsə uğurlar arzulayıb, yeni suvarma və drenaj şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür edib.

Torpaq mülkiyyətçisi Adil Hüseynov çıxış edərək deyib ki, torpaqların əkilməsi bolluq, bərəkət deməkdir. Lakin suvarma suyunun olmaması və şoranlaşma uzun illər Babək və Culfa rayonlarının bu ərazisində əkin işlərinin aparılmasına, bol məhsul istehsalına imkan vermirdi. Bu gün isə müasir suvarma və drenaj sistemi qurulub, torpaqlardan səmərəli istifadə üçün hərtərəfli şərait yaradılıb. Həyata keçirilən bu layihə iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də ölkəmizdə insanların həyat şəraitinin yaxşılaşdırılması üçün aparılan işlərin bir hissəsidir. Çünki torpaqları əkməklə bol məhsul istehsal edəcəyik. Bu da bizim ailələrimizin dolanışığını yaxşılaşdıracaqdır. Adil Hüseynov göstərilən diqqət və qayğıya görə torpaq mülkiyyətçiləri adından dövlətimizə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri nəticəsində iqtisadiyyatın bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı sistemi də hərtərəfli inkişaf edib. Son illər bu istiqamətdə bir sıra layihələr həyata keçirilib, irriqasiya sistemləri daha da təkmilləşdirilib. Suvarma sistemlərinin normal istismarının təşkili, qrunt sularının və şoranlaşmanın aradan qaldırılması muxtar respublikada əkinçiliyin inkişafına hərtərəfli şərait yaradıb.

Sonra Ali Məclisin Sədri Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin baş planına baxıb.

Məlumat verilib ki, suvarma və drenaj şəbəkəsi 1974 təsərrüfata məxsus pay torpaqlarını və 450 hektar bələdiyyə torpaqlarını əhatə edir. Tikinti zamanı 241,5 kilometr uzunluğunda müxtəlif diametrlik suvarma xətləri çəkilib. Şəbəkəyə suyun verilməsi üçün Heydər Əliyev Su Anbarından başlayan Vayxır sol sahil kanalı üzərində 4 suburaxıcı qapı və 6 süzgəc quraşdırılıb, ərazinin relyefi nəzərə alınaraq suvarma xətlərinin üzərində 3 təzyiqqırıcı, 238 siyirtmə və 1950 hidrant qoyulub.

Qapalı drenaj sistemlərinin tikintisi üçün 77,5 kilometrlik müxtəlif ölçülü plastik borulardan istifadə olunub. Drenaj şəbəkəsi üzərində 77 baxış quyusu inşa edilib. Ərazidən drenaj sularını kənarlaşdırmaq üçün 6,5 kilometrlik mövcud açıq kollektor bərpa olunub və suyun Nehrəm gölünə verilməsi təmin edilib.

Ali Məclisin Sədri idarəetmə düyməsini basaraq Vayxır sol sahil suvarma və drenaj şəbəkəsini istifadəyə verib.

Sonra torpaq mülkiyyətçiləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, muxtar respublika iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ona görə də bu sahədə ardıcıl tədbirlər görülür, kənd təsərrüfatı texnikaları lizinq yolu ilə verilir, mütərəqqi əkin və suvarma metodları tətbiq olunur, istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı üçün hərtərəfli şərait yaradılır. Hazırda muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac potensialı yaradıb. Torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə etməli, suvarma və drenaj şəbəkəsinin əhatə etdiyi torpaqlarda bol məhsul yetişdirilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir