Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə növbəti təlimləri keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə əməkdaşlığı çərçivəsində təlimlər davam edir.
AZƏRTAC xəbər verir ki, Şirvan və Lənkəran şəhərlərində Vəkillər Kollegiyasının üzvləri, prokurorluq, ədliyyə qurumlarının əməkdaşları və hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə təlimlər keçirilib.
Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi üzrə təlimlər Hüquq və İnsan Haqları İnstitutunun ekspertləri tərəfindən əyani qaydada baş tutub.
Yarımgünlük təlimlərdə ümumilikdə 15 vəkil iştirak edib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.