CƏMİYYƏT
Vərəmdən ölüm hallarının sayı azalmışdır
Bakı, 31 dekabr (AZƏRTAC). Səhiyyə Nazirliyi tərəfindən vərəmin diaqnostikasının yaxşılaşdırılması, genişmiqyaslı profilaktiki tədbirlərin görülməsi nəticəsində ölkəmizdə epidemioloji vəziyyət stabilləşmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən illə müqayisədə 2011-ci ildə bu xəstəlikdən ölüm hallarının sayı azalmışdır.
Eyni zamanda, özəl səhiyyənin inkişafı da nazirliyin diqqət mərkəzində olmuşdur. Hazırda respublika üzrə 463 özəl tibb müəssisəsi və kabineti, eləcə də 914 əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]