Azərbaycan Dövlət İnformasiya Agentliyi

VERGİLƏR NAZİRİ FAZİL MƏMMƏDOVUN ÇIXIŞI

Vergilər naziri FAZİL MƏMMƏDOV bildirdi ki, Azərbaycan iqtisadiyyatının uğurları vergi orqanlarının fəaliyyətində də yetərincə hiss olunur. İlin birinci rübündə büdcəyə qeyri-dövlət sektorundan 534,8 milyon manat, dövlət sektorundan isə 250 milyon manat vəsait daxil olmuşdur. Ölkədə vergi nəzarəti gücləndirilmiş, bu sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Davam etdirilən vergi yoxlamaları nəticəsində borclu vergi ödəyicilərinin sayı minimuma endirilmişdir. Bununla yanaşı, vergi xidmətinin səviyyəsi də yüksəlmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi və möhtərəm cənab Prezident, Sizin tərəfinizdən böyük dinamizmlə davam etdirilən və müasir dövrün tələblərinə uyğun olaraq, yeni inkişaf çalarları əldə etmiş uğurlu iqtisadi siyasət sayəsində Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına bərabərhüquqlu üzv kimi inteqrasiyası təmin olunmuş, iqtisadiyyatın bütün sahələrindəki böyük nailiyyətlər, keyfiyyətcə yeni miqyasda davam etdirilmiş, makroiqtisadi göstəricilərin səviyyəsində və iqtisadiyyatın tarazlı inkişafında sabitlik əldə edilmişdir.

Vergilər Nazirliyi üçün 2007-ci ilin yanvar-mart ayları üzrə 824,7 milyon manat proqnoz tapşırığı müəyyən edilmişdir ki, bunun da 483,9 milyon manatı neft sektoruna, 340,8 milyon manatı isə qeyri-neft sektoruna aiddir. Proqnoz tapşırığının 2006-cı ilin müvafiq dövrünün bütün sahələr üzrə göstəricilərinə nisbətən 100 faiz artımını nəzərə alaraq, Vergilər Nazirliyi cari ilin ilk günlərindən bütün qüvvəsini səfərbər etmiş və proqnoz tapşırığın icrasının təmin olunması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir.

Cənab Prezident, ilk növbədə deməliyəm ki, Sizin rəhbərliyinizlə hökumətin keçən ilin doqquz ayının yekunlarına həsr olunmuş geniş iclasında verdiyiniz tapşırığa əsasən, kommunal sahədə həyata keçirilən islahatlar uğurla irəliləsə də, müddət baxımından hələ tam başa çatmadığına görə, “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətləri tərəfindən Dövlət Neft Şirkətinə ödənişlərin tam həyata keçirilməməsi şirkətin büdcə öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yaratmışdır. Nəticədə Dövlət Neft Şirkəti 2007-ci ilin birinci rübü üzrə müəyyən edilmiş proqnoz tapşırığına cəmi 73,9 faiz əməl etmişdir. Yaranmış vəziyyətdə büdcə xərclərini təmin etmək məqsədi ilə konsorsiumdan kənar fəaliyyət göstərən qeyri-neft sektoru üzərində nəzarət tədbirləri bir qədər artırılmışdır. Bunun nəticəsində cari ilin birinci rübü ərzində qeyri-neft sektoru üzrə büdcəyə 340,8 milyon manat proqnoza qarşı, 362,7 milyon manat vəsait daxil olmaqla, proqnoza 106,4 faiz əməl edilmişdir.

Xüsusilə qeyd etmək istərdim ki, yuxarıda bildirdiyim qeyri-neft sektoru üzrə vergi daxilolmaları 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 109,4 milyon manat və ya 73,5 faiz çoxdur. Yekun olaraq Dövlət Neft Şirkətində yaranmış müvəqqəti çətinlik digər sahələr hesabına aradan qaldırılmış və sosialyönümlü olan büdcə xərclərinin həyata keçirilməsinə imkan yaradılmışdır. Bütövlükdə, 2007-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinə 784,8 milyon manat vəsaitin daxil olması təmin edilərək, proqnoza 95,2 faiz əməl olunmuşdur ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 369,8 milyon manat və ya 89,7 faiz çoxdur.

Qeyd olunan dövrdə Vergilər Nazirliyinin xətti ilə toplanan vəsait ümumi daxili məhsulun 15,3 faizini, ümumi büdcə gəlirlərinin isə 71,8 faizini təşkil etmişdir. Bu ilin üç ayı ərzində büdcəyə qeyri-dövlət sektoru üzrə 534,8 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox, dövlət sektoru üzrə isə 250 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz çox vəsait daxil olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin tövsiyələri və bilavasitə tapşırığı ilə vergi orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi və əsassız yoxlamaların aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirməklə yanaşı, vergi nəzarətinin daha da təkmilləşdirilməsi üçün ən yeni texnologiyaların tətbiqinə üstünlük verilmiş və nazirliyin mərkəzi informasiya bazasının imkanlarından istifadə etməklə vergi nəzarəti sərtləşdirilmişdir. Nəticədə Vergilər Nazirliyi tərəfindən 2007-ci ilin birinci rübü ərzində aparılmış səyyar vergi yoxlamalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,6 faiz azalmış, səyyar və kommunal vergi yoxlamaları ilə 69,4 milyon manat əlavə vəsait hesablanmışdır ki, bu da büdcəyə təmin olunmuş ümumi daxilolmanın 9 faizini təşkil edir.

Borclu vergi ödəyicilərinin sayının minimuma endirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq çoxlu vergi borcu ödətdirilmiş və cari il aprelin 1-nə cəmi 9 min 832 vergi borcu olan ödəyici qalmışdır ki, bu da ümumi vergi ödəyicilərinin 4,6 faizini təşkil edir. Bu ilin yanvar-mart aylarında bilərəkdən vergidən yayınmaq, qanunsuz sahibkarlıq və digər qanunazidd hərəkətlərə qarşı vergi orqanları tərəfindən ciddi mübarizə aparılmış, bu qəbildən olan materiallar üzrə 60 cinayət işi qaldırılmış, istintaqı başa çatdırılmış cinayət işlərindən 25 şəxs barəsində 24 cinayət işi baxılmaq üçün məhkəməyə göndərilmiş, onlardan 8 nəfəri haqqında aidiyyəti məhkəmələrin qərarlarına əsasən həbs qətimkan tədbirləri seçilmiş, dövlətə dəyən ziyandan 297,9 min manat ödənilmişdir.

Möhtərəm cənab Prezident, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə Vergilər Nazirliyi ölkənin əsas iqtisadi qurumu kimi öz iş prinsiplərini dünya standartlarına uyğunlaşdırmağa, “Elektron Azərbaycan” layihəsinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışmışdır.

Keçən dövr ərzində nazirliyin avtomatlaşdırılmış vergi informasiya sistemi üzrə aparılan təkmilləşdirmə işləri davam etdirilmiş və onun tərkib hissəsi olan bəyannamə sisteminin tətbiqinə başlanılmışdır. Bu sistemin tətbiqi vergi ödəyicisinə bəyannaməni internet vasitəsilə təqdim etmək, bəyannamənin tətbiqinə və düzgünlüyünün yoxlanılmasına proqram təminatı vasitəsilə kömək göstərmək, bəyannamələrin elektron formatda saxlanılmaq, ödəyicilərin öz şəxsi hesab vərəqəsinə real vaxt rejimində baxa bilmək imkanlarını verir. Məlumat üçün bildirmək istəyirəm ki, nazirlik tərəfindən cari ilin mart ayı ərzində 400-ə yaxın vergi ödəyicisi ilə müvafiq müqavilə imzalanmış, onlara xüsusi şifrələr verilməsi təmin edilmiş və artıq həmin vergi ödəyiciləri tərəfindən 500-ə yaxın hesabat internet vasitəsilə elektron formatda vergi orqanlarına təqdim edilmişdir. Paralel olaraq, vergi ödəyicilərinə xidmətin səviyyəsi artırılmış, Vergilər Nazirliyinin internet saytının və 195 nömrəli telefon məlumat xidmətinin imkanları genişləndirilmişdir. Vergi ödəyicilərinə istənilən zaman hər iki mənbə vasitəsilə vergilər haqqında zəruri məlumatlar əldə etmək imkanı yaradılmışdır. Təkcə 2007-ci ilin yanvar-mart aylarında 180 min nəfər internet saytından, 75 min nəfər isə 195 nömrəli telefon məlumat xidmətindən istifadə etmişdir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricilərindən artıq olmaqla, bu xidmətlərdən respublikada ən çox istifadə edilən məlumat mənbəyinə çevrilmişdir.

Ölkəmizin rəhbərliyi tərəfindən uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq, respublikamızda istər neft, istərsə də qeyri-neft sahələrində çoxlu xarici və yerli investiyalı, o cümlədən bir çox transmilli şirkətlət fəaliyyət göstərir. Hələ 2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin bilavasitə tapşırığı ilə bu qəbildən olan şirkətlərə müasir standartlara savab verən vergi xidmətinin göstərilməsi və yüksək səviyyədə nəzarətin təmin olunması məqsədi ilə Vergilər Nazirliyi yanında iri vergi ödəyiciləri ilə iş üzrə departament yaradılmış, sonrakı illərdə departamentin işinin, cənab Prezident, Sizin tələbləriniz səviyyəsində qorunmasına çalışılmışdır. Bu da istər yerli, istərsə də xarici iş adamları tərəfindən böyük razılıqla qarşılanmışdır. Onu da qeyd etməliyəm ki, Vergilər Nazirliyinin xətti ilə yığılan vergilərin 2005-ci ildə 84,7 faizi, 2006-cı ildə 89,2 faizi, 2007-ci ilin birinci rübü ərzində 87 faizi həmin departamentin vasitəsilə təmin edilmişdir.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz altında ölkə iqtisadiyyatının sürətli inkişafı, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, regionların sosial-iqtisadi inkişafına diqqətin artırılması və iqtisadiyyatın bütün sahələrində olduğu kimi, iqtisadi dəyişikliklər vergi sisteminin də təkmilləşdirilməsi, yeniləşdirilməsi zərurətini meydana çıxarmışdır. Bununla əlaqədar, hökumətin vergilər üzrə inkişafa dair strategiyası reallaşdırılacaqdır ki, bu strategiyanın da hər bir istiqaməti ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinə və vergi orqanlarının əvvəlki illərdəki fəaliyyətinin təhlili nəticəsinə əsaslanacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO