Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi milli birliyin açıq təzahürü kimi yadda qaldı ŞƏRH

Vətən müharibəsi milli birliyin açıq təzahürü kimi yadda qaldı  ŞƏRH

Bakı, 6 noyabr, AZƏRTAC

İkinci dəfə öz müstəqilliyini bərpa edən Azərbaycan tarixi sınaqlarla üzləşdi. 1990-cı illərin əvvəllərində hakimiyyətə gələn qüvvələr xalqın milli birliyinə nail olmaq əvəzinə ölkədə xaosa, anarxiyaya yol açan siyasət yürütməyə başladı. Nəticədə Azərbaycan yox olmaq, parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən də Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımız bir-birinin ardınca işğal edilir, xalqımıza qarşı erməni cəlladları tərəfindən soyqırımı, etnik təmizləmə cinayətləri həyata keçirildi. Belə bir şəraitdə ölkəni ağır durumdan xilas edən tarixi şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyev idi. Xalqının, dövlətinin ağır durumunda hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanı ağır durumdan xilas etdi. Ölkəmiz məhz Dahi Liderin uzaqgörənliyi sayəsində normal inkişaf müstəvisinə qədəm qoydu. Milli birlik, təmin edildi. Xalqın özünə inamı qayıtdı. Dövlət-xalq birliyi nəticəsində Azərbaycan bu ağır sınaqdan qurtulmuş oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dərin zəkası, uzaqgörənliyi, xalqına, dövlətinə olan sonsuz sevgisi sayəsində Azərbaycan öz tarixinin yeni bir mərhələsinə qədəm qoydu. Bu mərhələ dahi liderin strategiyasına uyğun inkişafı, tərəqqini özündə ehtiva edirdi. Ümummilli Liderin qətiyyəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edildi. Ermənistanın işğal siyasətinin qarşısını almaq, ordu quruculuğuna nail olmaq üçün atəşkəs əldə edildi. Qısa zamanda ölkədə bütün sahələri əhatə edən islahatlara başlanıldı. İlk növbədə, ölkənin iqtisadi əsasları formalaşdırıldı. Ordu quruculuğu sahəsində vacib addımlar atıldı. Əsrin müqaviləsinin imzalanması ilə Azərbaycanın müstəqil daxili-xarici siyasət kursunun nəticəsi olaraq mövqeləri beynəlxalq arenada möhkəmlənməyə başladı. Ermənistanın işğal siyasətinin beynəlxalq birlik tərəfindən pislənilməsi, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası ilə bağlı hüquqi, fundamental əsaslar yaradıldı. Azərbaycanı yox olmaqdan, parçalanmaqdan xilas edən Ulu Öndər ölkəmizin gələcəyi, inkişafı, ərazi bütövlüyünün təminatı üçün uğurlu strategiya müəyyənləşdirdi. Prezident İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilən bu strategiya Azərbaycanın regional və qlobal miqyasda güclü, qalib, inkişaf edən, dünyada söz sahibi ölkəyə çevrilməsini təmin etdi. Sözsüz ki, Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətini təşkil edib. Məhz bu məqsədə xidmət edən Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması da ölkəmizin hərbi qüdrətini artırmış oldu. Eyni zamanda, Azərbaycan özünün hədəflərinə nail olmaq üçün iqtisadiyyatını gücləndirirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələrlə regionda yeni mənzərə yaradıb. Ölkəmiz bölgənin enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region dövlətlərinin maraqlarını təmin edib. Sözsüz ki, bu amillər Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirdi. Ölkəmizlə tərəfdaşlıq edən dövlətlərin sayının artması beynəlxalq münasibətlər sistemində daha səmərəli əməkdaşlığı təşviq edib. Bu bir reallıqdır ki, Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi baza formalaşdırıb. Bu baxımdan BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı vacib qətnamələr qəbul edib. Amma bütün bunlara baxmayaraq, Azərbaycanın haqlı mövqeyinə hər zamankı kimi riyakar yanaşanlar da olub. Məhz keçmiş Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb. Bütün bunlar isə ikili standartlar siyasətinin nəticəsi olaraq ortaya çıxıb. İşğalçıya, işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilib. Nəticədə beynəlxalq qətnamələr 30 il kağız üzərində qalıb. Hər zaman məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmışdı. Bunun fonunda aramsız olaraq davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz edirdi. Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı tarixi ədaləti və beynəlxalq qanunları özü bərpa etdi.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti ermənilərin məhz çar Rusiyası zamanı əzəli torpaqlarımıza Qarabağa köçürüldükləri vaxtdan başlayıb. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam edib. Erməni daşnakları və cəlladları tərəfindən 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qalıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurub. Nəticədə bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Bu illər ərzində isə Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salıb, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edib, ölkəmizə milyardlarla dollar həcmində maddi ziyan vurub. Buna baxmayaraq, işğal siyasətini davam etdirən Ermənistan təxribatlardan da əl çəkmir, davamlı olaraq yaşayış məntəqələrini, Ordumuzun bölmələrini hədəfə alırdı.

“Növbəti erməni təxribatı 2020-ci il sentyabrın 27-də baş verdi. Məhz Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində bu əmri gözləyirdi. Beləliklə 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı xalq-ordu birliyinin təcəssümü oldu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya, qələbəyə inamın göstəricisi idi. Bununla da Azərbaycan tarixinə Zəfər salnaməsi kimi daxil olan “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Qırx dörd gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Şuşanın işğaldan azad olunması isə olduqca strateji əhəmiyyət kəsb edirdi. Tarixi Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdi. Beləliklə, işğalçı döyüş meydanında məğlub edildi. Rəsmi İrəvanın kapitulyasiyasının təcəssümü olan üçtərəfli Bəyanat imzalandı. Noyabrın 9-dan 10-na keçən gecə Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu” , - deyə deputat qeyd edib.

O deyib ki, Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistanın silahlı qüvvələrini məhv etməklə yanaşı, erməni mifini də darmadağın etdi. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Bu gün məhz Bakıdakı Hərbi Qənimətlər Parkına gələn hər bir insan Azərbaycan Silahlı Qüvvələrinin gücünü və iradəsini görür. Eyni zamanda, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, Türkiyə əsgər və zabitləri iştirak ediblər. Paradı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib. Bu gün də Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatları ayrı-ayrı mərkəzlər tərəfindən öyrənilməkdədir. XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində tədris edilir. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev tərəfindən verilmiş müsahibənin hər biri Azərbaycanın diplomatik uğuru idi. Beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilir. Sözsüz ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir. Bununla yanaşı, iki qardaş ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş mesaj idi. Onun sözlərinə görə, Vətən müharibəsi, həmçinin milli birliyin açıq təzahürü kimi yadda qaldı. “Dəmir yumruq” milli birliyin və gücün rəmzi kimi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri üçün simvola çevrildi.

Artıq azad edilmiş ərazilərə soydaşlarımızın geri dönüşü ilə bağlı zəruri işlərin görüldüyünü söyləyən S.Hüseynova bildirib ki, Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır.

“Qarabağ və Şərqi Zəngəzurun artıq mənzərəsi dəyişir. Bu ərazilərin əsl sahibləri öz doğma yurdlarına qayıdır. Xankəndidə Qarabağ Universitetinin qısa zamanda fəaliyyətə başlaması və ilk tələbələrini qəbul etməsi tarixi hadisə idi. Artıq mindən çox tələbə Qarabağ Universitetində təhsil almağa başlayıb. Eyni zamanda, bu gün Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma Böyük Qayıdış konsepsiyasına uyğun olaraq davam edir. Artıq azad olunmuş ərazilərdə 30 minə yaxın şəxs yaşayır və bu ərazilərin yenidən qurulmasında iştirak edirlər. Bunlar dövlət qulluqçuları, müəllimlər və geniş quruculuq-tikinti işlərinə cəlb edilən işçilərdir. Eyni zamanda, Şuşa, Laçın, Zəngilan rayonunun Ağalı kəndi, Talış kəndi, Zabux və Sus kəndlərinin sakinləri, Füzuli rayonunun keçmiş məcburi köçkünlərin bir qismi, ümumilikdə isə rəsmən 8700-dən çox keçmiş məcburi köçkünün öz ata-baba yurduna geri qayıdışı təmin edilib. Müzəffər Ali Baş Komandan tərəfindən tarixi Qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılarına aid xüsusi orden və medallar təsis edilib ki, bu da ali diqqətin göstəricisi hesab olunur. Vətən müharibəsində Qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis edilib. Həmçinin tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi inşa olunur. Bütün bunlarla yanaşı, şəhidlərimizin əziz xatirəsi əbədiləşdirilir, onların ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunurlar. Dövlət öz əsgərinin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur”, - deyə S.Hüseynova əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami rayonunda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində 300-dən çox sakin müayinədən keçib

Orxan Məmmədov: Azərbaycan halal iqtisadiyyatın inkişafını mühüm iqtisadi imkan kimi qiymətləndirir

Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə iqtisadi fayda gətirəcək

KOBİA sədri: Halal iqtisadiyyatın inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir

Azərbaycan nefti 86 dollara satılır

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb

® Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO