Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun ailəsi ziyarət olunub





Neftçala, 25 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbər şəxsləri, Camal İsmayılov adına Neftçala Uşaq İncəsənət Məktəbinin rəhbərliyi və kollektivi Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun ailəsini ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhid Camal İsmayılovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub və əziz xatirəsi anılıb.
Sonra şəhidin ailəsi ilə görüş keçirilib.
Görüşdə qəhrəman şəhidin atası Vidadi İsmayılov doğum günü münasibətilə təbrik edilib, yeni yaşında ona uğurlar dilənib. Ziyarət zamanı şəhid Camal İsmayılovun şərəfli ömür yolundan, Vətənə olan sevgisindən və döyüşlərdə göstərdiyi şücaətdən söz açılıb. Qeyd edilib ki, Camal və Vətən uğrunda canı fəda edən onun kimi digər şəhidlərimiz gələcək nəsillərə əsl örnək olaraq daim qəlblərdə yaşayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [19:48]
Qusarda keçirilən regional konfrans başa çatıb
- 19.06.2025 [19:34]
Mustafa Hamarat: Qarabağda aparılan bərpa işləri təqdirəlayiqdir
- 19.06.2025 [18:50]
Petro Koçi: Qarabağ gələcəkdə məşhur turizm məkanı ola bilər
- 19.06.2025 [18:46]
Erhan Usta: Şuşada böyük dəyişikliyin şahidi oldum
- 19.06.2025 [17:25]