Vətən müharibəsi şəhidinin xatirəsinə həsr edilən kitabın təqdimatı olub
Bakı, 26 sentyabr, AZƏRTAC
Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirməsi Mətanət Quliyevanın (Qüdsi) müəllifi olduğu kitab "Şeir terapiyası" adlanır.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İçərişəhərdə, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində təşkil edilən təqdimat mərasimində əvvəlcə ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Çıxış edənlər Şahgündüz Cabbarovun döyüş yolundan danışıb və onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd olunub ki, tədbir həm də əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası baxımından mühüm rol oynayır.