Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində böyük Zəfərə gedən yol kiçik qələbələrdən keçirdi

Vətən müharibəsində böyük Zəfərə gedən yol kiçik qələbələrdən keçirdi

Aprel hadisələri, Günnüt və Tovuz əməliyyatları Azərbaycan Ordusunun nəyə qadir olduğunun göstəricisi idi

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərin hakimiyyətə yenidən qayıtmasından sonra qısa zamanda torpaqlarımızın işğalının qarşısını aldı və Horadiz əməliyyatı adlanan əks-hücum əməliyyatı keçirərək 22 yaşayış məntəqəsi və 30 kilometrlik ərazinin Beyləqan, Cəbrayıl istiqamətində azad etdi. Bundan sonra düşmən Bişkek protokolunu imzalamağa məcbur oldu. Ondan sonra Ulu Öndərin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri ən qısa zamanda bölgədə ən güclü ordu kimi formalaşdı. Bu sahədə islahatları davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz edilməsinə və 50 ən güclülər arasında yer almasına nail oldu.

Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Hərbi ekspert qeyd edib ki, indiyədək Azərbaycan Silahlı Qüvvələri çoxsaylı irimiqyaslı təlimlər keçirib. Hətta 25 min nəfərlik şəxsi heyətin iştiraki ilə təşkil edilən irimiqyaslı hərbi təlimlər Azərbaycan Ordusunun peşəkarlığının artırılmasına imkan yaratdı. Bütün bunlar Azərbaycana qarşı təxribatların qarşısının alınması və düşmənə adekvat cavab verilməsi ilə nəticələndi. Aprel döyüşləri zamanı Azərbaycan Ordusu gücünü göstərdi, Talış və Lələtəpə istiqamətlərində strateji mövqeləri və yüksəklikləri ələ keçirərək ermənilər tərəfindən yaradılmış Ohanyan keçilməz müdafiə xətti mifini darmadağın etdi. Ordumuzun bölmələri müdafiə xəttini yararaq düşməni strateji yüksəkliklərdən qovmağa nail oldu. Aprel döyüşlərindən sonra Ali Baş Komandan İlham Əliyev demişdi ki, Azərbaycan Ordusu işğalçı qüvvələri qısa zamanda darmadağın edərək öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bu ordumuzun yeni uğurlara, qələbələr qazanmasına imkan yaratdı. Günnüt əməliyyatı zamanı mühəndis və kəşfiyyat işlərinin görülərək böyük ərazinin düşməndən azad edilməsi, strateji yüksəkliklərin ələ keçirilməsi həmin döyüşün Azərbaycan tarixində Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordu tərəfindən aparılan ən uğurlu əməliyyat kimi tarixə düşdü. Naxçıvanda Günnüt əməliyyatının nəticəsi olaraq 11 min hektardan çox ərazi nəzarət altına götürüldü.

Onun sözlərinə görə, hərbi cəhətdən strateji yüksəkliklərin ələ keçirilməsi Gorus-Laçın-Xankəndi yoluna nəzarət etməyə imkan verdi. Hətta Günnüt əməliyyatından sonra sərhədin digər tərəfində Ermənistanla sərhədə yaxın yaşayış məntəqələrində ermənilər öz ordusuna güvənməyərək yaşayış məntəqələrini tərk etməyə başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə o vaxtlar Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatların nəticəsində Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradıldı. Bu da blokadada olan Naxçıvanın müdafiəsini müstəqil şəkildə qurmağa və onu müdafiə etməyə şərait yaratdı.

Hərbi ekspert xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə onun işğalına imkan verilmədi. Hələ o vaxtlar məhz Ulu Öndərin Naxçıvana gəlişindən sonra erməni silahlılarının onu işğal etməsinin qarşısı alındı və müdafiəsi təşkil edildi. Bu nailiyyətlər Azərbaycan Ordusunun erməni işğalçı qüvvələrini darmadağın edərək onun ərazi bütövlüyünü bərpa etmək imkanlarının göstəricisi idi. Sonralar 2020-ci ilin iyulunda Tovuzda hadisələri baş verdi, Goranboy istiqamətində təxribatın qarşısı alındı. Məqam yetişdiyi zaman Müzəffər Ali Baş Komandan İlham Əliyev əks-hücum əmri verdi və Azərbaycan Ordusu işğalçı qüvvələri qısa zamanda darmadağın edərək öz ərazi bütövlüyünü bərpa etdi. Ümumiyyətlə Vətən müharibəsində böyük Zəfərə gedən yollar kiçik qələbələrdən keçirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqını ən böyük arzusuna - tarixi Zəfərə bu taleyüklü mərhələlərdən uğurla keçərək çatdırdı.

Şair Ramaldanov qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı, Aprel hadisələri, Günnüt, Tovuz əməliyyatları zamanı təxribatların qarşısının alınması Azərbaycan Ordusunun nəyə qadir olduğunun göstəricisi idi. Müasir silahlarla silahlanmış Azərbaycan Ordusunun hərb elmində müasir yanaşmaları nəticəsində öz döyüş taktikasını təlimlərdə tətbiq etdi. Ordumuz 44 günlük Vətən müharibəsi zamanı 30 illik müdafiə xəttini yardı, işğalçıları məhv etdi, öz ərazilərini düşmən tapdağından azad etdi. Sonralar da Azərbaycan Silahlı Qüvvələrində Türkiyə modelini tətbiq etmək istiqamətində aparılan işlər hazırda onu daha güclü edib. Azərbaycan Ordusu artıq istər Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə, istər Qarabağ iqtisadi zonasında, istərsə də sərhəddə düşmənin bütün təxribatlarının qarşısını uğurla aldı. Beləliklə, Azərbaycan-Ermənistan sərhədində Laçın istiqamətində sərhəd-nəzarət mexanizmi yaradılmağa nail olundu.

“Hazırda dövlətimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və mina sahələrinin təmizlənməsi işlərini aparır. Həmin ərazilərdə infrastruktur yenidən bərpa olunur. Bütün bunlar - Azərbaycan Ordusunun gündən-günə güclənməsi, ölkəmizin beynəlxalq geosiyasi arenada artan nüfuzu onun üç il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamədə nəzərdə tutulmuş bütün bəndlərin yerinə yetirilməsinə zəmanət yaradır”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO