Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyəti Azərbaycan Tibb Universitetinin yetirmələri olub

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş ATU məzunlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov bildirib ki, müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli ilini başa vurmaqdayıq: “Hamımız qürur dolu bir il keçirmişik. Bir il əvvəl Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsi müstəqilliyimizin şərəf salnaməsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qazanılan Zəfər bütün dünyaya göstərdi ki, Azərbaycan öz haqqı uğrunda mübarizə aparmağa qadir olan güclü bir dövlətdir”.

Prorektor qeyd edib ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyəti Azərbaycan Tibb Universitetinin yetirmələri olub. Tibb xidməti işçiləri arasında ilk şəhid olan isə, qəhrəmanlığı ilə dastan yazan tibb xidməti leytenantı, universitetimizin məzunu Turqut Xəlilbəylidir. O, yaralı əsgərin düşmən hədəfində olduğunu görərək özünü onun üzərinə atıb. Əsgərin həyatını xilas etsə də, özü şəhid olub. İndi ATU-nun hərbi tibb fakültəsinin kitabxanasına Turqutun adı verilib. Turqut Xəlilbəylinin şəxsi kitabları onun guşəsində yerləşdirilib. Kitabxanada, həmçinin şəhid məzunlarımıza həsr olunmuş guşələr yaradılıb. Qeyd edim ki, hərbi tibb fakültəsinin nəzdində yerləşən bütün mühazirə zallarına şəhid məzunların adları verilib.

Onun sözlərinə görə, müharibədə tibb xidmətinin qarşısında duran əsas vəzifə yaralanan hərbi qulluqçulara tibbi yardım göstərmək, onları müalicə etmək idi. Amma həkimlərin digər bir vəzifəsi də vardı ki, onlar bu tapşırığın da öhdəsindən layiqincə gəldilər: “Bu da müharibə ilə yanaşı, COVID-19 pandemiyası ilə də mübarizə aparmaq, onun şəxsi heyət arasında yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdən ibarət idi. Məhz bu fəaliyyət nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması halı qeydə alınmadı”.

Z.Musabəyov bildirib ki, hər kəsin Vətən fədaisinə çevrildiyi müharibə günlərində Azərbaycan Tibb Universiteti də aktiv fəaliyyət göstərib: “Məlum olduğu kimi, hələ 2020-ci ilin aprelindən etibarən ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikaları koronavirus xəstələrinin müalicəsi üçün bağlanmışdı. Həmin klinikalar COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm rol oynayıb. Klinikalarımızda minlərlə xəstə müalicə alıb. Bu mühüm missiyanı layiqincə yerinə yetirən klinikalarımız daha sonra 44 günlük müqəddəs Vətən müharibəsi dövründə də gücləndirilmiş iş rejiminə keçdi. Klinikalarımızda yüksəkixtisaslı həkimlərimiz və orta tibb personalımız gecə-gündüz yorulmadan gətirilən yaralıları qəbul edirdilər. Onlara ixtisaslı cərrahi yardım göstərilirdi. Həmin fəaliyyət nəticəsində yüzlərlə əsgər və zabitimiz uğurla müalicə olunaraq öz sağlamlıqlarına qovuşdular. Qeyd edim ki, universitetin və klinikanın əməkdaşları həm də könüllü olaraq cəbhə bölgəsinə gedərək, yaralı vətəndaşlarımıza və əsgərlərimizə tibbi xidmət göstərirdilər”.

Prorektor xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq müharibənin başlandığı tarix - sentyabrın 27-si Anım Günü kimi qeyd olunur.

Hərbi tibb fakültəsinin rəisi, polkovnik Çingiz Əlləzov ermənilərin torpaqlarımızı 30 ilə yaxın bir müddətdə işğal altında saxladığını, bu illər ərzində aparılan bütün danışıqlara baxmayaraq, heç bir güzəştə getmədiklərini, torpaqları sülh yolu ilə azad etməyə razılaşmadıqlarını diqqətə çatdırıb: “Azərbaycan sülhpərvər olduğunu bütün dünyaya göstərməklə yanaşı, müharibəyə də hazırlaşırdı. Çünki bizim əzəli torpaqlarımızdan heç bir halda əl çəkmək fikrimiz yox idi. Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun peşəkarlığının artırılması, müasir silah-sursatlarla təchiz olunması sahəsində məqsədyönlü və ardıcıl işlər aparılırdı. Bu fəaliyyət hərbi təbabət sahəsini də əhatə edirdi. Son illər istər Bakıda, istərsə də rayonlarda, o cümlədən keçmiş cəbhə xəttinə yaxın ərazilərdə yerləşən xəstəxanalar, hospitallar ən müasir avadanlıqlarla təchiz edilmişdi. Müharibə zamanı bunun çox köməyi oldu”.

Ç.Əlləzov qeyd edib ki, müharibədə hərbçilərin fəaliyyəti nə qədər önəmli və eyni zamanda, ağır idisə, onların tibbi təminatı heç də bundan az əmək tələb etmirdi.

“Təbib” idman klubunun sədri Qələndər Aslanov döyüşlər zamanı hərbçilərimizdəki ruh yüksəkliyi və onların hazırlıqlı olmasında bədən tərbiyəsi və idmanın rolundan danışıb: “Biz 44 günlük Vətən müharibəsində həm döyüşərək, həm də yaralı əsgər və zabitlərimizə tibbi yardım göstərərək qəhrəmancasına şəhid olmuş məzun tələbələrimizin anım gününə toplaşmışıq. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və bütün çətinliklərə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək, ruhlarını şad etmək hər birimizin borcudur.

Şəhidlər xalqımızın yaddaşında əbədi iz qoyub gedirlər. Vətən təkcə torpaq deyil, Vətən bizik, hamımızıq. Onun dünəninə, bu gününə, sabahına hamımız cavabdehik. Bizim qəhrəman məzunlarımız da Vətəni dünənə kimi öz bilikləri, bacarıqları ilə təbliğ edirdilərsə, orduda xidmətləri ilə də bayrağımızı ucaltdılar. Büründükləri üçrəngli bayrağımızın və torpağımızın müqəddəsliyini bir daha hamıya anlatmış oldular.

Məzunlarımızın döyüş ruhunun yüksək olmasında əsas faktor fiziki və psixoloji hazırlıqlı olmalarıdır. Ümumilikdə, ordumuzun da qüdrətli olması zabitin, əsgərin fiziki hazırlığından asılıdır. Fiziki hazırlıq cəsurluğun, sağlamlığın təminatıdır. Diqqət etsək görərik ki, ordu sıralarına çağırılanadək gənclərimiz idmanın müxtəlif növləri ilə məşğul olublar. Hətta aralarında beynəlxalq, o cümlədən respublika səviyyəli yarışların iştirakçıları və qalibləri də var. Ümumilikdə 44 günlük Vətən müharibəsində müxtəlif idman növləri ilǝ məşğul olan minə yaxın peşəkar idmançımız iştirak edib, onlardan 320 nəfəri şəhid olub”.

44 günlük Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin həkimi olmuş baş leytenant Namiq Seyfəddinli döyüş xatirələrini iştirakçılarla bölüşdükdən sonra anım mərasimi ATU-nun tələbələrinin ifasında ədəbi-bədii hissə ilə davam edib.

Tədbirin sonunda nümayiş olunan Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi və şüara çevrilən “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” videoçarxı alqışlarla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib