Vətən övladları xalqının azadlığını və şərəfini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə ucalmışlar
Bakı, 20 yanvar (AZƏRTAC). 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən Mərkəzi Bankın əməkdaşı Yəhya Feyzullayev AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirmişdir ki, iyirmi dörd il bundan əvvəl sovet imperiyasının qoşunları azadlıq uğrunda Bakının küçələrinə və meydanlarına çıxan xalq kütlələrinə misli görünməmiş divan tutmuşdur. Vətən övladları xalqının azadlığını və şərəfini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə ucalmışlar.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]