Vətən, torpaq şəhidləri ilə ucalır
Bakı, 20 yanvar (AZƏRTAC). Xalqımız şəhidlərini heç vaxt unutmayacaqdır. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür.
Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Nərgiz Çalxanqaya AZƏRTAC-a müsahibəsində demişdir. Hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət etdiyini deyən Nərgiz Çalxanqaya vurğulamışdır ki, xalqımız bu faciədə canlarını qurban vermiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən, torpaq şəhidləri ilə ucalır.
Nərgiz Çalxanqaya qeyd etmişdir ki, şəhidlərimiz də bu amal uğrunda canlarını qurban vermişlər. Ona görə də imperiya ordusunun qarşısından çəkinmədilər. Biz bugünkü azadlığımıza, müstəqilliyimizə, rahat, firavan həyatımıza görə onlara borcluyuq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]