Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaş məktubları: Cənab Prezident, Sizin məqsədyönlü siyasətiniz xalqımızı daha böyük uğurlara, zəfərlərə aparacaq

Vətəndaş məktubları: Cənab Prezident, Sizin məqsədyönlü siyasətiniz xalqımızı daha böyük uğurlara, zəfərlərə aparacaq

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

AZƏRTAC Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Lənkəran şəhərindən Aysel Hüseynova yazır: “Hörmətli cənab Prezident, Siz zamanın sınağından ləyaqətlə çıxmış bir lidersiniz. Bu sınaqlarda xalq Sizin arxanızda, Siz onun yanında olmusunuz. Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar erməni faşistləri zaman-zaman Sizin rəhbərliyinizlə layiqli cavablarını alıblar. Biz Sizin komandanlığınız, rəhbərliyinizlə torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədə qalib gələcəyik”.

Abşeron rayonundan Şahnaz Əliyeva: “Hörmətli cənab Prezident, yaşanan son hadisələr bir vətəndaş kimi hər birimizi narahat etdi. Amma bütün narahatlıqlara baxmayaraq, qüdrətli ordumuz düşmənə öz layiqli cavabını verdi. Sizin qətiyyətli çıxışlarınız, düşmənə verdiyiniz layiqli cavablar bizdə qürur hissi oyadır. Biz Sizinlə qürur duyuruq. Atdığınız hər bir addımı dəstəkləyirik. İnanırıq ki, bu gün həsrətlə danışdığımız Qarabağımız tezliklə bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik. Biz Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun”.

Naftalan şəhərindən Rahim Muradov: “Hörmətli cənab Prezident, bu gün hər bir Azərbaycan gənci Azərbaycan Ordusu ilə fəxr edə bilər. Bu günlərdə qəhrəman Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verərək, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Azərbaycan ordusu Ermənistanın uzun illər öz ordusu haqqında uydurduğu miflərin yalan olduğunu bir daha sübut etdi. Cənab Ali Baş Komandan, güclü Azərbaycan naminə biz gənclər Sizinləyik, əmrinizi gözləyirik”.

Cəlilabad rayonunun sakini Elgün Kərimovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, məlum olduğu kimi, Azərbaycan xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşmən bu gün də təxribatlarını davam etdirməkdədir. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozması açıq-aşkar təxribatdır. Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatın qarşısı Sizin qətiyyətiniz, ordumuzun əzmi sayəsində həm alındı, həm də düşməni qorxuya saldıq. Vətənimizin mərd oğulları onların öhdəsindən gəlməyi bacardı. Azərbaycan xalqı Sizə inanır. Sizin sayənizdə işğal olunmuş ərazilər qısa zamanda geri alınacaq”.

Füzuli rayonunun Aşağı Yağlıvənd kəndindən Elnur Səfərov: “Hörmətli cənab Prezident, son günlər baş verən hadisələrdən sonra Azərbaycan xalqının Sizin yanınızda olduğunun və apardığınız siyasəti dəstəklədiyinin bir daha şahidi oldum. Bilirik ki, ordumuzun inkişafı həmişə Sizin siyasətinizin əsas hissəsini təşkil etmişdir. Vaxtında verdiyiniz tapşırıqlar nəticəsində güclənən ordumuzun düşmənə vurduğu zərbələr bir vətəndaş kimi məni çox qürurlandırdı. Biz ordumuza güvənərək Füzuli rayonunda ata-baba yurdumuzda rahatlıqla yaşayırıq. Aprel döyüşlərindən sonra işğaldan azad olunan Lələtəpə yüksəkliyində dalğalanan bayrağımız Azərbaycan Ordusunun inkişafının düzgün əllərdə olduğunu bir daha göstərdi. Sizin məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteranları və əlillərinin həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyünüz işlər təqdirəlayiqdir. Müharibədən əziyyət çəkən hər bir vətəndaş Sizin diqqət və qayğınızı hər zaman hiss edir. Mən bir gənc vətəndaş, məcburi köçkün kimi Sizin apardığınız siyasəti həmişə qürurla dəstəkləmişəm. Verəcəyiniz əmrə uyğun olaraq, ehtiyatda olan bir əsgər kimi doğma torpaqlarımızın işğaldan azad olunması üçün ordumuzun sıralarına qoşulmağa və Vətənimin azadlığı naminə canımdan keçməyə hazıram”.

Abşeron rayonunun Masazır kəndindən Elçin Sultanov: “Hörmətli cənab Prezident, Ermənistanla sərhədin Tovuz rayonu istiqamətində baş verən hadisələr xalqla Sizin birliyinizi yenidən təsdiq etdi. Məhz Sizin liderliyinizlə Azərbaycan dövlətinin nüfuzu getdikcə artır, beynəlxalq təşəbbüslərimiz dünya miqyasında bəyənilir. Cənab Prezident, mən internat məktəbinin məzunuyam. “Məzunlar Evi”ndə yaşayıram, dövlətimizin qayğısı ilə əhatə olunmuşam. Doğma yurduma sevgimi, Sizə sədaqətimi nümayiş etdirmək, Vətənə olan borcumu qaytarmaq üçün hərbi xidmətə getmək, düşmənləri doğma torpaqlardan qovmaq istəyirəm. Buna görə də Sizin hər bir əmrinizə hazır olduğumu bildirirəm”.

Bakı şəhərinin sakini Məhərrəm Abdullayev: “Möhtərəm Prezident, humanist rəhbər, müdrik Ali Baş Komandan, Azərbaycan dövlətinin və xalqının növbəti dəfə bəxti gətirdi ki, ulu öndər Heydər Əliyevdən sonra bizə uzaqgörən siyasəti, müdrik qərarları, xalqına yaxın olmağı ilə dünya liderlərindən fərqlənən bir lider rəhbərlik etdi. Hər addımında zəfər duyulan, "Mən hər bir azərbaycanlının Prezidentiyəm" söyləyən rəhbərin xalqını növbəti qələbələrə doğru aparacağına ürəkdən inanırıq və Sizi hər zaman dəstəkləyirik. Azərbaycan heç zaman bu qədər güclü olmamışdır və bu qüdrətli ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar Sizin adınızla bağlıdır. Bizə məhz Sizin kimi Vətəninə ürəkdən bağlı olan, novator, enerjili, qətiyyətli, müdrik və humanist bir lider lazımdır. Azərbaycanımızı işıqlı gələcəyə doğru inamla aparın, möhtərəm Prezident, cənab Ali Baş Komandan. Allah bu yolda yardımçınız olsun! Allah xalqımızı, Sizi və ailənizi qorusun!”.

Lənkəran şəhərindən Ağakişi Baloğlanlı: “Möhtərəm cənab Prezident, son günlərdə baş verən düşmən təxribatı xalqımızı hiddətləndirmiş, düşmənə olan nifrətimizi daha da artırmışdır. İnanırıq ki, Sizin məqsədyönlü siyasətiniz xalqımızı daha böyük uğurlara, zəfərlərə aparacaq. Dövlətimizin yürütdüyü siyasət bir gün bizə o qələbəni, o sevinci yaşadacaq. Bu müqəddəs yolda həmrəyliyimiz, birliyimiz qarşısında düşmən diz çökəcək”.

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindən Aydan Cəfərova: “Hörmətli cənab Prezident, torpaqlarımızın azadlığı uğrunda döyüşmək bizə şərəfdir. Azərbaycan tarixinin şanlı səhifələri igidlərlə yanaşı, qəhrəman qadınlarımız tərəfindən də yazılır. Bu qəhrəmanlıq salnaməmizə bu gün də yeni-yeni səhifələr əlavə edilir. Erməni qəsbkarları torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar. Mən də yüz minlərlə Azərbaycan gənci kimi, Vətən uğrunda döyüşə hazıram, səfərbərlik əmrinizi gözləyirəm. Hamımız inanırıq ki, bu mənfur düşməni mütləq yenəcək, işğal olunmuş torpaqlarımızı azad edəcək və qələbə marşları yazacağıq”.

Goranboy rayonunun sakini Mehparə Mustafayeva: “Hörmətli cənab Prezident, Sizin uğurlu siyasətinizin bariz nümunəsidir ki, Azərbaycanda sabitlik hökm sürür, yoluxma halları getdikcə azalır. Bu günlərdə Sizin və Mehriban xanımın xalqımıza böyük qayğınızın və dəstəyinizin yenidən şahidi olduq. Allah Sizi qorusun. Ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzu edirik. Hazırda bütün dünya koronavirusla mübarizə aparır. Hətta ən böyük dövlətlər belə bu pandemiyaya qalib gələ bilmir. İtkilərimizin az olması, xəstəliklə səmərəli mübarizə aparmağımız məni sevindirir. Sizə sonsuz minnətdarlığımı bildirirəm, əziz Prezidentim”.

Qubadlı rayonundan Xəyalə Yusifova: “Möhtərəm cənab Prezident, Sizin Ali Baş Komandan kimi fəaliyyətiniz, ordumuzun bugünkü potensial gücü, əsgər və zabitlərimizin döyüş qabiliyyəti və vətənpərvər ruhu, dövlətimizdə xalq-iqtidar birliyi, xüsusən də Sizə inam və sevgi bizi qürurlandırır. Sizin mötəbər beynəlxalq təşkilatlardakı qətiyyətli çıxışlarınız və söz sahibi olmağınız, dünya siyasətçiləri arasındakı xüsusi yeriniz, böyük dövlətlərin başçılarının Sizin şəxsinizə xüsusi hörməti hamımızı sevindirir. Cənab Prezidentim, bu günlərdə dövlət sərhədimizdə atəşkəsin Ermənistan təxribatçıları tərəfindən pozulması zamanı Sizin ətrafınızda bir yumruq kimi birləşərək təxribatçılara layiqli cavab verdik. Uğurlarımız daimi olsun”.

Lənkəran rayonunun Zövlə kəndindən Ələskər Şükürov: “Hörmətli cənab Prezident, mən iki zabit atasıyam. Yaşım 65 olsa da, ürəyim ön cəbhədə olmaq, düşmənləri yurdumuzdan qovub çıxarmaq, Qələbə bayrağını dalğalandırmaq arzusu ilə döyünür. O gün mütləq gələcək! O zaman bütün şəhidlərimizin, canını Vətən yolunda fəda etmiş qəhrəmanlarımızın ruhları ağ göyərçinə dönüb Vətən göylərində Qələbə nəğməsi oxuyacaq. Tovuz döyüşləri göstərdi ki, xalqımız Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Sizin yürütdüyünüz siyasəti qətiyyətlə dəstəkləyir. Əli silah tutan vətənpərvər insanlar bu gün özünü Vətənin əsgəri hesab edir və düşmənin ölkəmizə uzanan qanlı əllərini kəsib atmağa hazırdır”.

Goranboy rayonunun Qarasüleymanlı kəndindən Tahirə Cəlilova: “Möhtərəm cənab Prezident, dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bir vətəndaş olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. İnsanların sağlamlığının qorunması məqsədilə bir çox sahələrdə çalışanların evdən işləmələrinə şərait yaradılıb. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürüldü, hətta işə gəlməyən işçilərin əməkhaqları saxlanıldı. İnanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Bu gün dövlətin insanlardan ən böyük tələbi evdə qalmaqdır və yaradılan şəraitdə bu, heç də çətin deyil. Allah Sizi və xalqımızı qorusun! Biz birlikdə güclüyük!”.

Lənkəran rayonunun Separadi kəndindən Gülnar Gülverdiyeva: “Hörmətli cənab Ali Baş Komandan, Azərbaycanın Ermənistanla sərhədində təcavüzkar erməni birləşmələri tərəfindən iyulun 12-də törədilən təxribata qəhrəman ordu hissələrimizin layiqli cavab verməsi insanlarımızda böyük ruh yüksəkliyi yaratdı. Bu günlər Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi tarixə düşdü və xalqımızın heç vaxt erməni işğalı ilə barışmayacağını, ordumuzun isə döyüşə hazır olduğunu göstərdi. Cənab Prezident, biz gənclər Sizə və şanlı ordumuza güvənirik. Biz bir yerdə güclüyük. Sizin Vətən uğrunda mübarizəniz müqəddəsdir. Allah Sizə yar olsun!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO