İDMAN
Veteran futbolçu: Bojoviç “Neftçi”nin yüksək səviyyəyə qalxmasına kömək edəcək
Bakı, 25 dekabr, AZƏRTAC
“Bojoviç yaxşı mütəxəssisdir. Onun “Neftçi”yə baş məşqçi təyin edilməsi klubun gələcəyi üçün əla olacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq futbolçusu İqor Kolıvanov Miodroq Bojoviçin “Neftçi”nin sükanı arxasına keçməsi ilə bağlı Rusiya mətbuatına açıqlamasında deyib.
55 yaşlı veteran hücumçu bildirib ki, monteneqrolu mütəxəssis rəhbərlik etdiyi klublarda hər zaman gənclərə şans verib və onların inkişafında rol oynayıb: “Yadımdadır, onun işlədiyi komandalar həmişə maraqlı futbol oynayıblar. Bojovic Rusiya çempionatında yaxşı nəticələr göstərib. İnanıram ki, “Neftçi”nin daha yüksək səviyyəyə qalxmasına kömək edəcək. Onun gəlişi ilə Bakı klubunda gənc futbolçular yetişəcək”.
Qeyd edək ki, Miodraq Bojoviç "Neftçi" ilə 6 ay + 1 illik müqavilə imzalayıb. O, karyerası ərzində Rusiyanın "Dinamo, "Lokomotiv" (hər ikisi Moskva) və Serbiyanın "Srvena Zvezda" kimi komandalarına başçılıq edib. 55 yaşlı mütəxəssisin “Neftçi”dən öncəki son iş yeri isə Rusiyanın "Arsenal" (Tula) klubu olub.