Videoaxında jestlərin tanınması prosesi tədqiq edilir
Bakı, 25 may, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Videoaxında jestlərin tanınması prosesinin analizi” mövzusunda məruzə dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəni institutun baş mütəxəssisi Kəmalə Qurbanova təqdim edib. O, son illərdə rəqəmsal texnologiyaların inkişafından danışıb. Diqqətə çatdırıb ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada təxminən 466 milyon insan rəsmi olaraq nitq və eşitmə problemi yaşayır, bunlardan 432 milyonu yetkin, 34 milyonu uşaqdır. 2050-ci ilə qədər təxminən 2 milyard 500 min insanın müəyyən dərəcədə eşitmə qabiliyyətindən əziyyət çəkəcəyi və azı 700 milyon insanın eşitmə itkisi üçün reabilitasiya xidmətinə ehtiyacı olacağı proqnozlaşdırılır. Bu səbəbdən insanın avtomatlaşdırılmış sistemlərlə qarşılıqlı əlaqə prosesi bir çox tədqiqat sahəsini əhatə edir. Jest dilinin elementlərinin tanınması müasir informasiya mühitində çox aktual məsələdir.
Məruzəçi bu prosesdə yaranan bəzi problemləri də qeyd edib.
Seminarda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]