VIII Henrixin 510 il əvvəl yazdığı məktub hərraca çıxarılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
İngiltərə monarxı VIII Henrix tərəfindən 510 il əvvəl yazılmış və imzalanmış nadir məktubun nüsxəsi hərraca çıxarılıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ölçüsü 20x38 santimetr olan məktub kral qarderobunun mühafizəçisi ser Endryu Vindzora göndərilib və üzərinə “Henry R” imzası qoyulub. R- latın dilində “Rex” - kral sözünün qısaltmasıdır.
Sövdələşmələr “Paul Fraser Collectibles” hərrac evində holland formatında keçiriləcək. Bu formatda əvvəlcə hərraca çıxarılan məhsul üçün ən yüksək qiymət elan olunur, daha sonra isə qiymət get-gedə aşağı salınır və lot onu həmin qiymətə almağa razı olan ilk alıcıya satılır.
Məktub 65 min funt sterlinq (təxminən 135 min manat) dəyərində qiymətləndirilir. Lotun dəyəri hər cümə axşamı 5 min funt sterlinq məbləğində aşağı salınacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]