“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi çərçivəsində növbəti seminar
Bakı, 2 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət layihəsi davam edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi, mediada dildən düzgün istifadənin təbliğ edilməsi və bu sahədə savadlılığın artırılmasına dəstək olmaqdan ibarətdir.
Layihə üzrə ikinci seminar oktyabrın 8-də Azərbaycan Milli Kitabxanasında Xalq şairi, ictimai xadim Sabir Rüstəmxanlının iştirakı ilə keçiriləcək.
Giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]