Viktor Orban: Ukrayna “neft blokadasına” son qoymayana qədər yardım almayacaq
Bakı, 24 fevral, AZƏRTAC
Macarıstan neft blokadasında Ukraynaya kömək etməyəcək və ona son qoyacaq, Brüssel və Kiyev buna əmin ola bilər.
AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu barədə özünün sosial media hesabında yazıb.
Macarıstanı Rusiya neftinə çıxış imkanlarından məhrum etmək cəhdlərini “neft blokadası” adlandıran hökumət başçısının sözlərinə görə, Budapeşt “Drujba” boru kəməri ilə neft tranziti bərpa edilməyənədək Kiyevə yardım göstərməyə imkan verməyəcək.
Qeyd edək ki, yanvarın 27-də “Drujba” boru kəməri ilə Rusiyadan Şərqi Avropaya neft tədarükü tam dayanıb. Fevralın 15-də Macarıstan və Slovakiya Rusiya xam neftinin Adriatik dənizi boru kəməri vasitəsilə tranzitinə icazə verməsi üçün Xorvatiyaya müraciət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]