VLADİMİR PUTİN: RUSİYA QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ VASİTƏÇİ OLMAĞA HAZIRDIR
AZƏRTAC-ın İTAR-TASS Agentliyindən aldığı xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdir ki, onun ölkəsi Dağlıq Qarabağ probleminin həllində vasitəçi və qarant olmağa hazırdır.
O, Türkiyənin işgüzar dairələrinin nümayəndələri ilə yanvarın 11-də keçirilən görüşdə bu ölkənin jurnalistlərinin suallarına cavab verərək demişdir: “SSRİ-dən sonra qalan münaqişələrin nizama salınması üçün Rusiya hər şey edəcəkdir. Biz bunu vasitəçi və qarant kimi edəcəyik, lakin başa düşürük ki, razılaşmalar münaqişə tərəfləri - Ermənistanla Azərbaycan arasında əldə olunmalıdır”.
RF Prezidenti bildirmişdir ki, Türkiyənin Baş naziri ilə danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi bilavasitə müzakirə edilməmişdir. Rusiya ilə Ermənistan, Ermənistanla Türkiyə arasında münasibətlərə ümumi şəkildə toxunulmuşdur.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan suallara cavab verərkən demişdir ki, onun ölkəsi Ermənistanla qarşılıqlı əlaqələr yaradılmasına hazırdır. Lakin biz məsələnin həlli yolunu tapmaq üçün məsləhətləşmələr aparacağıq. Ümidvaram ki, məsələyə konstruktiv yanaşmalarımıza konstruktiv cavab veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]