Voleybol üzrə Azərbaycan çempionatında növbəti turun oyun cədvəli açıqlanıb
Bakı, 4 yanvar, AZƏRTAC
Voleybol üzrə Azərbaycan çempionatında növbəti turun oyun cədvəli açıqlanıb.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yeni ilin ilk qarşılaşmaları kişi komandaları arasında olacaq. Yanvarın 7-də və 8-də IV turun oyunları baş tutacaq. Hər üç görüş Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində təşkil olunacaq.
Yanvarın 9-da isə qadınların yarışında V turun matçları keçiriləcək. Qarşılaşmalar GİN-in Voleybol Mərkəzində və UNEC Voleybol klubunun idman zalında gerçəkləşəcək.
Yüksək Liqa (kişilər)
IV tur
7 yanvar
16:00. MOİK - “Azərreyl”
18:00. “Murov Az Terminal” - “Xilasedici”
GİN-in Voleybol Mərkəzi
8 yanvar
16:00. “Neftçi” - “Gənclər”
GİN-in Voleybol Mərkəzi
Yüksək Liqa (qadınlar)
V tur
9 yanvar
16:00. “Murov Az Terminal” - “Abşeron”
18:00. “Azərreyl” - “Gəncə”
GİN-in Voleybol Mərkəzi
17:00. UNEC - “Milli Aviasiya Akademiyası”
UNEC Voleybol klubunun idman zalı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]