Voleybol üzrə Hollandiya millisi Danimarka yığmasına asanlıqla qalib gəlib
Bakı, 30 may, G.Mahmudlu, AZƏRTAC
Mayın 30-da Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, “E” qrupunun oyunlarına Bakı ev sahibliyi edir.
Qrupun ilk görüşündə Danimarka və Hollandiya komandaları qarşılaşıblar.
Hollandiya voleybolçuları hər üç setdə rəqibinə asanlıqla qalib gəliblər - 25:12; 25:13; 25:9.