Voleybolçu qızlarımız dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirirlər
Bakı, 30 may, AZƏRTAC
Qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin “E” qrupunda yer alan millimiz ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında yığma komandamız Norveç voleybolçuları ilə qarşılaşır.
Qrupun ilk oyununda Hollandiya millisi Danimarka yığmasını 3:0 hesabı ilə məğlub edib. Günə İsrail-Ukrayna görüşü ilə yekun vurulacaq.