VOLEYBOLÇULARIMIZ QƏLƏBƏ ƏZMİNİ SONADƏK DAVAM ETDİRƏ BİLMƏDİLƏR
AZƏRTAC xəbər verir ki, avqustun 26-da qadın voleybol yığma komandaları arasında dünya “Qran-pri” yarışlarının ikinci seçmə mərhələsi çərçivəsində Azərbaycan voleybolçuları Çinin Taypin şəhərində Kuba yığması ilə qarşılaşmışdır. Görüş 3:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatmışdır (22:25, 26:24, 21:25, 25:21, 15:12). Əvvəlki oyunlarda olduğu kimi, voleybolçularımız bu görüşdə də gözəl oyun göstərmələrinə baxmayaraq, qələbə əzmini sonadək davam etdirə bilmədilər. Keçirdiyi 5 oyundan yalnız birində qələbə qazanan Azərbaycan voleybolçuları 6 xalla turnir cədvəlində 8-ci yerdədirlər. Komandanın növbəti görüşü avqustun 27-də Tailand yığması ilə olacaqdır. Xatırladaq ki, yarışların birinci seçmə mərhələsində keçirilmiş ilk oyun 3:2 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]