Voleybolçularımız Slovakiya yığmasına qalib gəliblər
Bakı, 14 may, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.
AZƏRTAC xəbər verir ki, Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan Faiq Qarayevin yetirmələri bu dəfə Slovakiya yığmasını sınağa çəkiblər. Yığmamız çətinlik çəkmədən qələbə qazanıb - 3:0 (25:19, 25:14, 25:12).
Komandamız ilk görüşdə Avstriyaya 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq millimizin Sloveniya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]