“Volkswagen”in builki Çin sərmayələri 4 milyard avronu ötəcək
Pekin, 20 iyul, AZƏRTAC
Almaniyanın iri avtomobil konserni "Volkswagen"in cari ildə Çinə yatıracağı sərmayə 4 milyard avronu keçəcək.
AZƏRTAC xəbər verir ki, bunu "Volkswagen Group China"nın idarə heyətinin sədri Stefan Volenşteyn Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib. O, son illər Çinin iqtisadiyyatda açıqlıq prinsipinin təmsil etdiyi şirkət üçün yeni imkanlar açdığını bildirib.
S.Volenşteyn "Volkswagen"in COVID-19 pandemiyasının dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Çindəki planlarını dayandırmadığını, il ərzində nəzərdə tutulan sərmayələrin ümumi dəyərinin 4 milyard avrodan çox olacağını deyib. Bundan başqa, elektrik avtomobilləri istehsal edəcək "JAC Volkswagen" birgə müəssisəsinə və "Gotion" yüksək texnologiyalar şirkətinə yatırılacaq 2 milyard avro da var.
Qeyd edək ki, Çin bazarına 1978-ci ildə daxil olan “Volkswagen”in ilk birgə müəssisəsi 1984-cü ildə, ikincisi isə 1990-cı ildə yaradılıb. “Volkswagen”, “Audi”, “SEAT”, “ŠKODA”, “Bentley”, “Bugatti”, “Lamborghini”, “Porsche”, “Ducati”, “Scania” və “MAN” brendlərinin sahibi olan “Volkswagen” konserni həm də Çində birgə müəssisə yaradan ilk xarici avtomobil istehsalçısıdır. Ötən il Çində yerli istehsal avtomobillərin satışında “Volkswagen Group” birinci olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]
Fransada yaşlı insanların sayının artacağı gözlənilir
- 10.06.2026 [11:42]