Vüqar Gülməmmədov: 2020-ci ilin büdcəsi əvvəlki illərin büdcəsindən tamamilə fərqlənir
Bakı, 27 may, AZƏRTAC
2020-ci ilin büdcəsi əvvəlki illərin büdcəsindən tamamilə fərqlənir. Çünki keçən il COVID-19 pandemiyasının törətdiyi fəsadlar, qlobal iqtisadi böhranla əlaqədar olaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi iqtisadiyyata mənfi təsirini göstərib. Buna baxmayaraq, hökumət tərəfindən pandemiya ilə mübarizə tədbirləri çərçivəsində çevik addımlar atılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin mayın 27-də keçirilən iclasında 2020-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı aparılan müzakirələr zamanı bildirib.
Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, Hesablama Palatası 2020-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı 4 istiqamətdə qiymətləndirmə aparıb. O deyib ki, bunlar büdcənin icrasının mövcud qanunvericiliyin tələblərinə uyğunluğu, büdcə parametrlərinin doğruluğu və tamlığı, icra olunmuş büdcə parametrlərinin təsdiq olunmuş göstəricilərə uyğunluğu, həmçinin büdcə vəsaitlərinin xəzinə hesabına vaxtında daxil olmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]