Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşıb

Vüqar Rəhimzadə: Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşıb

Bakı, 10 mart, AZƏRTAC

Zaman dəyişir, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Bu vəzifələrin uğurlu icrası isə islahatlar prosesini sürətləndirməyi qaçılmaz edir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da həyata keçirdiyi təkmil islahatlara əsaslanır. Bu baxımdan 2020-ci il fevral ayının 9-da növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi məhz islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin formalaşdırılması idi. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, davamlı inkişafa böyük töhfələr verən, yeni-yeni hədəflərin müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış edən Yeni Azərbaycan Partiyasının ölkə ictimaiyyətinin ciddi dəstəyini qazanan təşəbbüslərindən biri də məhz ölkədə dərinləşən islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi oldu. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsində formalaşan yeni tərkib özündə dövrün, zamanın tələblərini aydın şəkildə ifadə edir. Belə ki, bütün siyasi qüvvələrin iştirak etdikləri seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Tam əminliklə demək olar ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı parlamentdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin rolunu nəzərə alsaq bu seçkilərin nəticələrinin ölkəmizin qarşısında böyük imkanlar açdığını böyük inamla qeyd edə bilərik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində yer alan çağırışlardan bəhs edərək bildirib ki, keçdiyi 30 illik şərəfli yolda ictimai fikirdə qələbələr partiyası kimi nüfuza sahib olan Yeni Azərbaycan Partiyası yeni parlamentdə də yerlərin əksəriyyətini qazandı. VI çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində bütün siyasi partiyaların nümayəndələrinin təmsil olunması təqdir edilən mühüm addımlar sırasındadır. Bu baxımdan ki, bu günə qədər belə bir hal olmayıb. Amma bu günün tələblərindən biri kimi Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün belə bir addımın atılmasına böyük zərurət duyuldu. “Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır” söyləyən dövlətimizin başçısı bu çağırışı etdi ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir.

Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyasının formalaşdığını önə çəkən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulur. Azərbaycan demokratik, hüquqi, sivil dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər bərqərar olub. Siyasi partiyaların fəaliyyəti üçün təkmil qanunvericilik bazası mövcuddur. Qəbul olunan yeni “Siyasi partiyalar haqqında” Qanun partiyalara normal fəaliyyətləri üçün bütün zəruri imkanları yaradır. Hazırda siyasi partiya təsis etmək üçün heç bir ciddi meyar tələb olunmur. 50-dən artıq siyasi partiyanın dövlət qeydiyyatından keçməsi və normal fəaliyyəti də deyilənlərin təsdiqidir.

Vüqar Rəhimzadə diqqəti 44 günlük İkinci Qarabağ müharibəsi dövründə siyasi partiyaların ümummilli məsələdə vahid mövqe nümayiş etdirərək dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmələrinə və dəstəklərini imzaladıqları bəyanatlarla təsdiqləmələrinə yönəldərək bildirib : “Ölkəmizdə sivil dialoq mühiti mövcuddur. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim dialoqun təşkilində maraqlı olmaqla yanaşı, təşəbbüslərlə çıxış edir.

Eyni zamanda, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da ölkəmizdə siyasi dialoq mühitinin, siyasi partiyalar arasında əməkdaşlığın inkişafına xidmət edən uğurlu addımlardandır. Siyasi partiyaların rəhbərləri ilə mütəmadi olaraq keçirilən görüşlər, müzakirə olunan məsələlər bu işə öz müsbət töhfələrini verir”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ölkədə aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Qeyd etdiyimiz kimi, islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclisin qəbul etdiyi yeni qanunlar, eyni zamanda, bəzi qanunların dövrün tələbinə cavab verməsi üçün təkmilləşdirilməsi, əlavə və dəyişikliklərin edilməsi qarşıya qoyulan hədəflərə öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan çıxışında deputatlar qarşısında qanunvericilik sahəsində böyük vəzifələr dayandığını bildirərək bu çağırışı etdi ki, parlamentin əsas işi qanun yaradıcılığıdır.

“Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, hər bir ölkənin inkişafında dayanıqlı iqtisadi tərəqqi əsas rol oynayır. “Hər zaman qeyd edildiyi kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Azərbaycanın üzləşdiyi hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirən əsas amil məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasıdır. Təkcə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda Azərbaycanın hətta inkişaf etmiş ölkələrdən fərqli olaraq iqtisadi durğunluğu yaşamamasına səbəb atdığı addımların sistemli olması ilə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu hədəfi qarşıya qoydu ki, insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi inkişafın dayanıqlığı da təmin edilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında da səsləndirdiyi əsas hədəflərdən biri məhz iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunların qəbul edilməsi oldu. Məsuliyyətin ən vacib məsələlərdən biri olduğu açıqlandı”, - deyə o qeyd edib.

YAP Xətai rayon təşkilatının sədri demokratiyanın vacib amillərindən biri kimi ictimai-siyasi sabitliyi önə çəkərək Azərbaycanın 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə sabitlik diyarı olmasından bəhs edərək bildirib: “Ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində yaşadığı durum yaddaşlardadır. Azərbaycanda xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ölkəmizə investisiya axını sürətləndi. Bu günə qədər ölkə iqtisadiyyatına 280 milyard dollar investisiya qoyulması Azərbaycanın bu gününə və gələcəyinə inamı nümayiş etdirməklə yanaşı, beynəlxalq aləmdə sabit ölkə kimi tanınmasına da işıq salır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidirlər”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO