Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Prezidentin azad Laçına məhz 28 Mayda səfər etməsinin böyük rəmzi mənası var

Vüqar Rəhimzadə: Prezidentin azad Laçına məhz 28 Mayda səfər etməsinin böyük rəmzi mənası var

Bakı, 30 may, AZƏRTAC

Son üç ilin qürurverici hadisələrindən biri Prezident İlham Əliyevin tarixi günləri, bayramları işğaldan azad edilmiş torpaqlarımızda qeyd etməsidir. Mayın 27-də Kəlbəcər və Laçın rayonlarına səfər edən Prezident İlham Əliyev 28 May - Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ildə qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, istənilən nəticəni əldə etməyə qadirdir. Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhərinə qayıdış Böyük Qayıdış proqramının uğurlu icrasından və hədəflərə nail olmaq üçün bütün imkanların mövcudluğundan xəbər verir. Prezident İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı gündən Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevriləcəyini bildirmişdi. Artıq tarixi Zəfərimizdən bizləri ayıran 3 ilə yaxın qısa zaman kəsiyində görülən işlərin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək mümkünsüzdür.

Nəhəng bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün təkcə dövlət başçısı İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin ötən il avqustun 26-da xalqa “Biz Laçın şəhərinə qayıtdıq” müjdəsini verərək sentyabr ayında bu rayona səfər edib Azərbaycan Bayrağını mərkəzdə ucaltdıqdan sonra start verdiyi bərpa-quruculuq işlərinin genişliyi laçınlıların qısa müddətdə, 8 ayda doğma yurd-yuvalarına qayıdışına gətirib çıxardı. Bu ilin hədəfləri açıqlanarkən laçınlıların ilin sonunda Laçın şəhərinə qayıdacaqları bildirilmişdi. Lakin bu ilin aprel ayında dövlət başçısı İlham Əliyev bu qayıdışın yay aylarında olacağı müjdəsini verdi və bu vədini də artıq reallığa çevirdi. Çünki görülən işlərin miqyasının ölçüyəgəlməzliyi belə bir tarixi addımın atılmasını şərtləndirdi.

Səfər zamanı Prezident İlham Əliyev bir sıra tədbirlərdə iştirak etdi. Görülən və görülməsi nəzərdə tutulan işlərin fonunda dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 1992-ci ilin may ayında Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə əl atdı, Şuşanı, Laçını düşmənə təhvil verdi. “Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var”, - söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, 1992-ci ilin may ayında Laçın işğal altına düşdü, 31 il sonra may ayında laçınlılar Laçına qayıtdı. Aprel ayında isə Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ərazi bütövlüyümüzü tam bərpa etdik.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 30 il davam edən işğal dövrünün reallıqları dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında xüsusi qeyd edilir. Azərbaycan tarixi Zəfərimizdən sonra Ermənistanla bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi, münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etməsinə baxmayaraq, biz 30 ildə yaşadığımız faciələri unutmur, erməni vandalizminin iç üzünü daim beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəal çalışırıq. Azərbaycan 30 il ərzində münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərdi. Ermənistan isə əksinə, ona havadarlıq edən dövlətlərə arxalanaraq danışıqlara imitasiya naminə qatıldı, vaxt qazanmaq üçün təxribatlar törətməklə diqqəti yayındırmağa, sülh danışıqlarına mane olmağa çalışdı. Hadisələrin gedişi bu reallığı təsdiqlədi ki, Ermənistan torpaqlarımızdan öz xoşu ilə çıxmaq fikrində deyil. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Dövlət başçısı İlham Əliyev laçınlılarla görüşündə bir daha həmin məqamlara diqqəti yönəldərək vurğuladı ki, biz heç vaxt bununla razılaşa bilməzdik. Amalımız ərazi bütövlüyümüzün tam bərpa edilməsi idi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində buna nail olduq.

Vüqar Rəhimzadə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfərinin, həmçinin hər bir çıxışının Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngin olduğunu da xüsusi qeyd edib. Bildirib ki, hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanmasıdır. Ermənistanın bu istiqamətdə konkret addım atmaq barədə düşünmədiyi diqqətdən kənarda qalmır. Baxmayaraq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sülh müqaviləsinin imzalanmasına mane olan hansısa bir məqam yoxdur, yenə də gözləmə mövqeyində dayanmaqda davam edir. Görünən odur ki, Ermənistan havadarlarından cavab gözləyir. Amma unudur ki, artıq Azərbaycan 30 il davam edən işğal dövrünün Azərbaycanı deyil. Bu gün reallıqları diktə edən qalib Azərbaycandır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, ölkəmiz rahat və təhlükəsizlik şəraitində yaşayacaq.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan hər bir hədəfə zamanında və uğurla nail olur. Bütün planlar ardıcıllıqla həyata keçirilir. Dövlətimizin başçısı bir daha bu əminliyi ifadə etdi ki, planlarımızın son addımlığındayıq, o addım da atılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Qara Qarayevin məzarını ziyarət ediblər

İstanbulda Dünya İslam Alimlərinin Məşvərət Toplantısı işə başlayıb

Qurban Qurbanov: Futbolumuzun inkişafı üçün müəyyən planlarımız var

Türkiyə Prezidenti ilə Yunanıstanın Baş naziri mətbuata birgə açıqlama veriblər

AzTU və Milli Aviasiya Akademiyasının birgə işi ilə 2030-cu ilədək 1000 mütəxəssisin hazırlanması nəzərdə tutulur - MÜSAHİBƏ

Londonda peyk şirkətində çalışan azərbaycanlı: Hər an, hər şeyə hazır olmaq lazımdır - MÜSAHİBƏ VİDEO

Zaqatalada baş verən yol qəzasında iki nəfər ölüb - YENİLƏNİB-2 VİDEO

Növbəti mövsüm Premyer Liqada komanda sayı artırılmayacaq

Azərbaycanın Milli Məclisinin deputatları Şimali Kipr Türk Cümhuriyyətinin parlamentində olublar

Hazırda 22 dövlət qurumunda 4Sİ texnologiyaları ilə bağlı 43 müxtəlif layihə icra olunur

İrəvan Qərb siyasi texnologiyalarının poliqonuna çevrilib - RƏY

Türkiyədə axtarışda olan beş minədək cinayətkar saxlanılıb

Qeyri-pedaqoji ixtisaslara malik şəxslərin nəzərinə

Beynəlxalq logistika şirkətləri Xəzər və Qara dənizdən keçən Çin-Avropa qatarlarına maraq göstərirlər

“Xarıbülbül” festivalı Laçında “Sələflər və xələflər” musiqi proqram ilə davam edib

Gürcüstanın xarici ticarət dövriyyəsi 3 faizədək azalıb

Avropa Parlamentinin üzvü Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb

Qobu və Hökməlinin bir hissəsinə içməli suyun verilişi dayandırılacaq

UEFA final oyunlarının hakimlərini açıqlayıb

Azərbaycan Polşada təşkil edilən tatar festivalında təmsil olunub

Azərbaycan və Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Latviya ilə ticarət və investisiya münasibətlərinin dərinləşdirilməsi müzakirə olunub

Çinin daha bir şəhərində Azərbaycan Ticarət Evi açılır

Baş nazir Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Şəhid qardaşı: Bundan sonra Quzanlıdakı Şəhidlər xiyabanını ziyarət etməklə təsəlli tapacağıq

Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur

Gürcüstanda 30 universitetin tələbələri etiraz aksiyası keçirirlər

Prezident İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şuşadan dünyaya verilən sülh və həmrəylik mesajları ŞƏRH

® “Kapital Bank”ın dəstəyi ilə “My Technology” layihəsinə start verilib

PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü yekunlaşıb YENİLƏNİB

Hindistan Çabahar limanının idarəçiliyi üçün İranla razılığa gəlib

Avropa İttifaqı Gürcüstana qarşı sanksiyaları nəzərdən keçirmir

Dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün təlim keçiriləcək

Azərbaycanın gənc boksçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Alimlər herpes virusunun sinir sisteminə necə daxil olmasını araşdırıblar

Dünya reytinqi: Azərbaycan cüdoçularının yeni mövqeyi bəlli olub

Azərbaycanda neft və palçıq vulkanizmi

Qəbələdə şəhid Məhəmməd Qarayevin xatirəsi anılıb

BDU-da Astana nümayəndələri ilə görüş keçirilib

Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir

Helsinkidə Ümummilli Liderin anadan olmasının 101 illiyi qeyd edilib

Müdafiə Nazirliyi hərbi hissələrdə müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir VİDEO

Birinci sinfə qəbul üzrə şagird yerləri tutulan məktəblərin adı açıqlanıb

Türk Dünyası Mediatorlar Birliyi Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlıq edəcək

Müasir texnika və texnologiyaların neft sənayesində tətbiqi istiqamətində müzakirələr aparılıb

Dövlət Komitəsinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib

Ersin Tatar: Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir VİDEO

Kifayət qədər yuxu yatmamaq bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər

III Bakı Elm Olimpiadasının finalçıları Bakı Dövlət Universitetində

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Ölkəyə 61 kiloqram narkotik maddə gətirən Astara rayon sakinləri saxlanılıb VİDEO

Faktiki hava: Şahdağda qar yağır

Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib VİDEO

İmişlidə fərdi evdə baş verən yanğın qısa müddətdə söndürülüb

“Şahin” hərbi-idman oyunlarının zona birincilikləri yekunlaşıb

Toğrul Əsgərov: Mariya Stadnikin Parisdə yaxşı nəticə qazanması üçün əlimizdən gələni edəcəyik

Bu günədək 35 mindən çox tələbə təhsil krediti alıb

Kataloniyanın başçısı siyasətdən uzaqlaşmaq qərarına gəlib

Avropalı parlamentari: Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalıdır

Şimal şəfəqinin təsiredici fotoları

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 32 məktəbli respublika olimpiadalarının qalibi olub

AQTA kərə və bitki yağları ilə bağlı ticarət obyektlərinin sahiblərinə və istehlakçılara müraciət edib

ADY hərəkət tərkiblərini əhəmiyyətli dərəcədə yeniləyir MÜSAHİBƏ

AzMİU nəzdində liseyin şagirdləri buraxılış imtahanlarında yüksək nəticə əldə ediblər

Avropa Parlamentinin deputatına delimitasiya sahəsində görülən işlər barədə məlumat verilib

IV və VI siniflərdə monitorinq təşkil ediləcək fənlərin adları açıqlanıb

Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

Hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına yol verən şəxslər barədə cinayət işləri məhkəməyə göndərilib

“Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans işə başlayıb

30 ildən sonra nəşi tapılan şəhidlər Ağdamda torpağa tapşırılıb VİDEO

“Qayalar üzərində tarix” - açıq dərs

İsmayıllıda südlük istiqamətli heyvandarlığın inkişafı üzrə güzəştli kredit verilib

Türkiyədə qarşıdakı 3 ildə dövlət qurumlarına yeni bina almaq və tikmək qadağan edilir

Kazan Forumu Rusiyanın İƏT ölkələri ilə əlaqələrinə həsr olunacaq

Azərbaycan Premyer Liqasında mövsümün sonuncu turunun oyun cədvəli açıqlanıb

Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb

Türkiyə Prezidenti Dünya İslam Alimlərinin Məşvərət Toplantısının iştirakçıları ilə görüşüb

Asiya Qadınlar Forumunda Azərbaycan cəmiyyətində qadınların rolu barədə məlumat verilib

Tədqiqat: Fasiləli oruc tutmaq qaraciyər xərçənginin qarşısını ala bilər

Ukrayna terror aktı hazırlayan Rusiya agentlərinin saxlanıldığını bildirib

Azərbaycanda quş qripinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb

® Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qalıb

Azərbaycan samboçuları Avropa çempionatını 10 medalla başa vurublar

Türkiyədə dövlət müəssisələri üçün tətbiqi nəzərdə tutulan qənaət paketi açıqlanıb

Milli Məclisin deputatları Şimali Kipr Türk Respublikasının banilərinin xatirəsini yad ediblər VİDEO

® “AccessBank” regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada

Beynəlxalq qonaqlar “ASAN xidmət”in həyata keçirdiyi fəaliyyət barədə məlumatlandırılıb

BDU ilə Karlov Universiteti arasında biotexnoloji tədqiqatlar müzakirə edilib

Qərbi Azərbaycanda yeni türk əlifbasına keçid - Araşdırma

DİM: Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 143 nəfər uğur qazanıb

Aqrar Sığorta Fondunda Pambıq İstehsalçıları Assosiasiyası ilə görüş keçirilib

Qvatemala ilə Meksika sərhədində 6,7 maqnitudalı zəlzələ olub

AFFA Gənclər Liqasında mövsümə yekun vurulub

Milli Məclisin Elm və təhsil komitəsinin iclası olub

Ötən il kibercinayətlər Almaniyaya 205,9 milyard avro zərər vurub

AzMİU-da keçiriləcək karyera sərgisində 80-dək dövlət və özəl müəssisə iştirak edəcək

Paytaxtın Nizami rayonunda ağacların kəsilməsi faktı təsdiqini tapıb

Qərbi Kanadada meşə yanğınları şiddətlənib

Şəki teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub