Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Qarabağa Böyük Qayıdışa hazırlaşdığımız indiki zamanda Minsk qrupunun missiyasına ehtiyac qalmayıb

Vüqar Rəhimzadə: Qarabağa Böyük Qayıdışa hazırlaşdığımız indiki zamanda Minsk qrupunun missiyasına ehtiyac qalmayıb

Bakı, 18 fevral, AZƏRTAC

Otuz ilə yaxın idi ki, dünyanın aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlarından, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə 1992-ci ildə yaradılan, amma fəaliyyətsizliyi ilə tarixə düşən ATƏT-in Minsk qrupu həmsədrlərindən ədalətli mövqe gözləyən Dağlıq Qarabağ münaqişəsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun şücaəti sayəsində öz həllini tapdı. Ölkəmizi daim düşündürən “ATƏT-in Minsk qrupu nə üçün 30 ilə yaxın müddətdə işğalçıya “dur” demək istəmədi” sualını 44 günlük İkinci Qarabağ müharibəsi ətraflı cavablandırsa da, qurumun son bəyanatı bir daha ötən illərə nəzər salmağı bir zərurətə çevirir. Daim beynəlxalq səviyyədə də bu mühüm məqam etiraf edilirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhün, təhlükəsizliyin, iqtisadi tərəqqinin əldə olunmasına böyük maneədir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu məsələnin nizamlanması istiqamətində səylərini artırmalı, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasına nail olmalıdır. Bu gün də sual olunur: 44 gündə Azərbaycan Ordusu bu qərar və qətnamələri icra etdi, bəs nə üçün ATƏT-in Minsk qrupu yaradılan möhkəm hüquqi baza əsasında onları 30 ildə icra edə bilmədi? ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Ən əsası onlar həmin qətnamələrin hazırlanması ilə yanaşı, qəbuluna imza atan dövlətlərdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, hadisələrin təhlili göstərdi ki, Minsk qrupunun əsas missiyası ötən bu müddətdə eyni bəyanatları təkrarlamaqdan, məsuliyyəti münaqişəli tərəflərin üzərinə atmaqdan, regiona turist gəzintisinə bənzəyən nəticəsiz səfərlər etməkdən, işğalçı ölkənin törətdiyi təxribatları, terror aktlarını, cəbhəboyu ərazilərə yaxın yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmasını, dinc əhalini qətlə yetirməsini seyr etməkdən ibarət olub: “Məgər beynəlxalq hüququn norma və prinsiplərində seyrçi mövqedə dayanmaq tələb olunur? Azərbaycan dövləti daim münaqişənin həllində bütün beynəlxalq təşkilatların malik olduqları potensialdan istifadə etmək istəyini ortaya qoysa da, ATƏT-in Minsk qrupunun həmsədrləri bunu onların vasitəçilik missiyasına maneə, ən əsası Azərbaycan tərəfinin vasitəçilikdən imtinası kimi dəyərləndirirdilər. 30 il imitasiya naminə danışıqlara dəstək olan qurum Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşmasından sonra bölgədə sabitliyin təşviqindən, vasitəçilikdən bəhs edirsə, məsələyə belə yanaşma təəccüb doğurmaya bilməz. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) birgə bəyanat yayıblar. ATƏT-in rəsmi saytında yer alan həmin bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Ayvazyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayrılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi Nümayəndəsi Anji Kaspşik görüşlərə qatılıb. Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə əlaqədar fikir mübadiləsi aparıblar”.

Baş redaktor vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ münaqişəsində hərbi-siyasi Qələbəsi ilə yeni reallıqlar yaradıb: “Bu reallıqlar, eyni zamanda, yeni əməkdaşlıq formatlarını formalaşdırır. 10 noyabr Bəyanatının 9-cu bəndi, iqtisadi əlaqələrin qurulması əsasında yanvarın 11-də Moskvada Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat da bu reallığın təqdimatı olmuşdur ki, regionda yeni reallıqlar yaradan Azərbaycan üçtərəfli razılaşmada əksini tapan bütün müddəaların icrasında maraqlıdır, ən əsası regionda sabitliyin, sülhün və təhlükəsizliyin təminatı iqtisadi əlaqələrin qurulmasına geniş imkanlar açır. O da məlumdur ki, yanvarın 30-da münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi ilə Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, eyni zamanda, Rusiya-Türkiyə tərəfdaşlığının daha bir əyani təzahürü kimi qeyd edilir. Mərkəz tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsində, mümkün insidentlərin qarşısının alınmasında, araşdırılmasında effektiv və etibarlı nəzarəti təmin edəcək”.

Vüqar Rəhimzadənin qənaətinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə həm dünyanın aparıcı dövlətlərinə, həm də nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi ki, münaqişənin hərbi yolla həlli variantı mümkündür və Azərbaycan tarixi Qələbəni məhz döyüş meydanında qazandı. “Hərbi variant yoxdur” deyənlərin əsas məqsədi mövcud vəziyyəti olduğu kimi saxlamaq idi. Dövlətimizin başçısı status-kvonu, təmas xəttini rədd etməklə, bu fikrə düşənlərin bütün planlarını alt-üst etdi: “ATƏT-in Minsk qrupunun həmsədrləri artıq şahiddirlər ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Məsələnin nizamlanmasında müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilmədi. Əgər münaqişə tarixin arxivinə qovuşubsa, ölkəmizin həyatında yeni quruculuq və bərpa dövrü başlanıbsa, işğaldan azad edilmiş ərazilərimiz Böyük Qayıdışa hazırlanırsa, ən əsası 10 noyabr üçtərəfli razılaşmasının, həmçinin 11 yanvar Bəyanatının müddəaları uğurla icra edilirsə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi üzərinə düşən missiyasını layiqincə yerinə yetirirsə ATƏT-in Minsk qrupunun həmsədrlərinin hansı missiyanı yerinə yetirəcəyi maraq doğurur”.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, istər 30 ilə yaxın müddətdə, istər həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə baş verən proseslər münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu şəraitində nizamlanmamasının əsas səbəbini bir daha açıqladı: “Bu, dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq və islamofobiyadır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev yenilməz iradəsi və qətiyyəti ilə bunları da darmadağın etdi. Bu gün qarşıda dayanan əsas məsələ 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyimiz dəmir yumruğu bərpa işlərində də qorumaq, işğaldan azad olunmuş bölgələrimizi cənnətməkana çevirmək, öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Xalqımız tam əmindir ki, sarsılmaz iradəsi və yenilməz qətiyyəti ilə Azərbaycanın ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandanımız, qalib Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə yeni prioritetlər reallığa çevriləcək, doğma Qarabağımızda yenidən həyat canlanacaq, vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO