SİYASƏT
Vyetnam nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 2 iyul (AZƏRTAC). Vyetnam Sosialist Respublikasının Mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Anhın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlmişdir.
AZƏRTAC xəbər verir ki, qonaqlar iyulun 2-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə güllər qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.
Qonaqlar Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə çiçəklər düzmüşlər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.