“WhatsApp Business”in auditoriyası 5 milyon şirkətə yaxınlaşıb
Bakı, 7 fevral, AZƏRTAC
“WhatsApp Business” korporativ messencerinin istifadəçilərinin sayı 5 milyon şirkətə yaxınlaşıb. Həmçinin xidmətdə təqdim edilmiş yeniliklər elan olunub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “WhatsApp Business” korporativ messencerində şirkət və brendlər öz fəaliyyətlərinin təsvirindən ibarət ayrı-ayrı profillər yarada bilərlər. Messencerin köməyi ilə iş adamları müştərilərlə şəxsən və ya tez-tez verilən sualları cavablandıracaq çat-botlar vasitəsilə ünsiyyət saxlaya bilərlər.
Xidmət avtomatik salamlamanı tənzimləməyə, mesaj statistikasına baxmağa və biznes hesabın iş vaxtını (bu vaxt ərzində istifadəçilər şirkətin nümayəndələrinə yaza bilərlər) göstərməyə imkan verir.
Bundan başqa, “WhatsApp Business”də çat siyahılarının filtrasiyası (qruplar, poçt siyahıları və oxunmamış mesajlar üzrə çeşidləmə imkanı) və sürətli cavablar əlçatan olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]