Azərbaycan Dövlət İnformasiya Agentliyi

“WİNTERSHALL” ŞİRKƏTİ İDARƏ HEYƏTİNİN SƏDRİ RAYNİP SVİTSERLOOTUN ÇIXIŞI

- Sabahınız xeyir, möhtərəm cənab Prezident Əliyev!
Hörmətli cənab nazir Babayev!
Hörmətli cənab nazir Qlos!
Hörmətli cənab səfir!
Hörmətli azərbaycanlı qonaqlar!
Xanımlar və cənablar!
Sizi Almaniyanın iqtisadiyyat qurumları adından Berlində salamlamaq imkanı əldə etməyimdən olduqca şadam. Bugünkü Azərbaycan-Almaniya biznes forumu uğurlu iqtisadi əlaqələrimizin intensivləşməsində növbəti bir addımdır. Hər iki tərəfdən iştirakçıların sayının belə çoxluğu Azərbaycan və Almaniya müəssisələri arasında uğurlu tərəfdaşlığı daha da genişləndirmək üçün son illərdə inkişaf edən fikir mübadiləsindən ötrü yaxşı bir əsasdır.
Möhtərəm cənab Prezident Əliyev!
Sizi Berlində salamlamağıma ürəkdən sevinirəm. Almaniya iqtisadçıları Sizi Almaniya-Azərbaycan iqtisadi münasibətlərinin inkişafına səylə və etibarlı yol açan şəxs kimi tanıyır və qiymətləndirirlər. Biz həm də ona görə şadıq ki, Siz indiki səfərinizdə Azərbaycan iqtisadiyyatını təmsil edən yüksək səviyyəli nümayəndə heyəti gətirmisiniz. Burada xüsusi vurğulandı ki, ölkələrimizin qarşılıqlı əməkdaşlığı üçün hansı potensiallar mövcuddur. Bu baxımdan, cənab Babayev, sizi də ürəkdən salamlamaq istəyirəm. Dünya iqtisadiyyatında ən sürətlə inkişaf edən ölkələrdən birinin iqtisadiyyat naziri kimi, siz ölkənizin zəngin sərvətlərindən gələn gəlirlərlə perspektiv üçün nəzərdə tutulan yatırımlara, eləcə də iqtisadiyyatın gələcəyə yönəlmiş sahələrinin inkişafına üstünlük verirsiniz. Məsələn, informasiya texnologiyaları, telekommunikasiya və enerji sahələrinə.
Azərbaycanın hörmətli sənaye nümayəndələri, sizləri ürəkdən salamlayıram. Berlində olmağınızdan və geniş fikir mübadiləsi aparmağınızdan məmnunluq duyuram. Eyni zamanda, siz bununla Almaniya müəssisələri ilə əlaqələrin qurulmasına olan marağınızı nümayiş etdirirsiniz.
Möhtərəm cənab nazir Qlos, bu biznes forumunda iştirakınıza görə sizə öz minnətdarlığımı bildirirəm. Siz xüsusilə qeyd etmisiniz ki, Almaniya hökuməti Azərbaycan ilə iqtisadi əlaqələrə çox yüksək qiymət verir.
Xanımlar və cənablar, Azərbaycanın neft hasilatı sahəsində qədim və çox zəngin ənənələri var. Dünyada sənaye üsulu ilə ilk neft hasilatçısı kimi dünya neft sənayesinin inkişafına çox müsbət təsir göstərmişdir. Hələ 1848-ci ildə birinci dəfə Azərbaycanda mexaniki üsulla ilk neft quyusu qazılmışdır. XIX əsrin sonlarında Azərbaycan ilk dəfə özünün neft bumunu
yaşadı və dünyada ən çox neft istehsalçısına çevrildi.
Xanımlar və cənablar, ötən əsrin əvvəlində dünya neftinin tam yarısı Azərbaycanda çıxarılırdı.
1991-ci ildə müstəqilliyini yenidən bərpa edəndən sonra Azərbaycan hökuməti Xəzərin dibindən neft və qaz çıxarılması üçün beynəlxalq neft və qaz şirkətlərinin ölkədə fəaliyyətini ardıcıl şəkildə həyata keçirmişdir. Həmin sərmayələr və neft hasilatının başlanması Azərbaycanda son illərdə bu sahədə yeni bir inkişafın yaranmasına, ölkənin sürətli inkişafına gətirib çıxardı. Gələcək illərdə də neft və qaz Azərbaycanın iqtisadi inkişafında əsas bünövrəni təşkil edəcəkdir. 2006-cı ilin ortalarında istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri buna əlavə təkan verdi. Bu, Azərbaycanın regionda, ümumiyyətlə, Avropada enerji təchizatı sahəsində necə önəmli rol oynadığını göstərir.
2006-cı ilin noyabrında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Avropa Komissiyasının sədri Barrozu və enerji komissarı Pyebalqs imzalanma mərasimində bu anlaşmanın Avropada enerji təhlükəsizliyi sahəsində oynadığı önəmli rolu xüsusi vurğulamışlar. Neft sahəsindəki yeni yüksəliş Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın digər sahələrinin inkişafı və birbaşa xarici sərmayələr üçün istifadə olunacaqdır.
AZPROMO Azərbaycanda xarici sərmayədarları yüksək səviyyədə dəstəkləyir. Onların Azərbaycanda sərmayə yatırımlarını müxtəlif iqtisadi sahələrə - tikinti, telekommunikasiya və başqa sahələrə yönəltmələrini dəstəkləyir. Bu qurum lazımi konsalting xidmətləri də göstərir. Azərbaycanda neft, kənd təsərrüfatı, yeni enerji sahəsində çox böyük potensial mövcuddur. Almaniya biznesinin xüsusilə Azərbaycanda çox yaxşı nüfuzu var. Alman şirkətləri informasiya-kommunikasiya texnologiyaları sahəsində Amerikada, neft sahəsində Afrika və Asiya ölkələrində, ümumiyyətlə, alman məhsulları bütün dünyada çox müsbət nüfuza malikdir.
Xanımlar və cənablar, mən əminəm ki, bizim iqtisadi əlaqələr gələn illərdə çox sürətlə inkişaf edəcəkdir. Azərbaycanın regionda rolu getdikcə artır. İnanıram ki, Almaniya müxtəlif sahələrdə Azərbaycan iqtisadiyyatına sərmayələr qoyacaqdır. Azərbaycan bu gün öz iqtisadiyyatını çox ciddi şəkildə şaxələndirmək istəyir. Qeyri-neft sektorunu da inkişaf etdirmək arzusundadır və inanıram ki, alman biznesi bu sahədə Azərbaycana çox böyük yardım və dəstək göstərəcəkdir.
Xanımlar və cənablar, bizim kifayət qədər imkanlarımız var və bunlardan yararlanmalıyıq. Azərbaycanın da bu gün böyük iqtisadi imkanları var. Biz gərək biznes, sərmayələr barəsində informasiyanı təmin edək və birgə düşünək ki, Almaniya-Azərbaycan iqtisadi əlaqələrini hansı istiqamətdə və hansı yolla daha da inkişaf etdirək. Beləliklə, alman biznesi Azərbaycanda hansı sahələrə sərmayələrin qoyulması barədə daha da məlumatlı olmalıdır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, biz bir çox məlumatı əldə edəcəyik. Düşünürəm ki, bu il alman şirkətlərinin Azərbaycandakı fəaliyyəti daha da genişlənəcək və Almaniya-Azərbaycan iqtisadi münasibətləri daha da yüksək səviyyəyə qalxacaqdır.
Diqqətinizə görə minnətdaram.
X X X

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO