WUF13 iştirakçısı: İnnovativ, səmərəli və dayanıqlı mənzil həllərinin hazırlanması böyük önəm daşıyır VİDEO
Bakı, 18 may, AZƏRTAC
Əlçatan və inklüziv mənzil təminatı dayanıqlı şəhərlərin formalaşdırılmasında əsas məsələlərdən biridir. Builki sessiyada mənzil məsələsinin əsas mövzulardan biri olması xüsusi əhəmiyyətlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Böyük Britaniyada fəaliyyət göstərən “Global Disability Innovation Hub” təşkilatının baş icraçı direktoru və həmtəsisçisi İain McKinnon deyib.
O qeyd edib ki, xüsusilə şəhərlərdə yoxsulluq şəraitində yaşayan əlilliyi olan şəxslər və həssas qruplar üçün münasib, əlçatan və inklüziv yaşayış imkanlarının yaradılması vacibdir. Bu istiqamətdə innovativ, səmərəli və dayanıqlı mənzil həllərinin hazırlanması böyük önəm daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [15:01]
Sauran Kaliyev: Süni intellekt kəndlərin inkişafında mühüm rol oynaya bilər
- 18.05.2026 [14:56]
Renyiq Li: Biz Qarabağın necə sürətlə gözəlləşdiyini öz gözlərimizlə gördük
- 18.05.2026 [14:53]
Sana Ullah Rattor: Pakistan iqlim dəyişikliklərindən ciddi zərər görür VİDEO
- 18.05.2026 [14:50]
Bakı Mühəndislik Universiteti WUF13-də innovativ layihələrlə təmsil olunur
Kosmik hava proqnozu açıqlanıb
- [14:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]