X X X
“-Hərbiyəli, döyüş bayrağının müqəddəs keşik növbəsi sənindir. Rəngi əcdadlarının qanının rəngidir. Parçası şəhid dərisidir. Parıltısı zəfərlərin işığıdır. Ay-ulduzu hürriyyət və istiqlaldır. Yazısı qəhrəmanlıq və şücaətdir. Kəməri milli iradədir. Tikişi şərəf və məsuliyyətdir.
Bütün bunlar Azərbaycan xalqından sənə əmanətdir. Bu böyük əmanəti sənə təhvil verirəm. Dəmir biləyinlə onu bərk saxla. Qanının son damlasına qədər daim yüksəklərdə tut. Onu səndən sonra sağ qalanın əlinə təhvil verməyənə qədər son nəfəsini verməyəcəksən.
Bu bayraq nəsillər boyunca və əbədi olaraq, əldən-ələ veriləcək, daim göylərdə dalğalanacaqdır. Bayraq keşikçiliyin, keşik xidmətlərinin ən şərəflisidir. Bu şanlı bayrağı təhvil aldığım kimi ləkəsiz, tər-təmiz sənə təhvil verdiyimi göstərmək üçün onu öpür və təhvil verirəm. Keşiyin mübarək və uğurlu olsun!”
Məktəbin döyüş bayrağı gələn ilin məzunu olacaq 4-cü kurs taburuna təhvil verildi.
Bayrağı qəbul edən kursant dedi:
“-Silahdaşım, namusuma və canıma and içirəm ki, bu müqəddəs keşikdə bir saniyə də olsun gözümü ondan ayırmayacağam. Döyüş bayrağını canımdan əziz bilib, onu daim yüksəklərdə tutacağam.
Rənginin əvəzi qanım olsun. Parçasının əvəzi dərim olsun. Parıltısının əvəzi canım olsun. Ay-ulduzuna varlığım fəda olsun. Yazısını vicdanımdan tər-təmiz saxlayacağam. Kəmərini milli imanımla bərk tutacağam. Aşırım qayışı iman dolu yolumda namus, çökməz çiyinlərimdə həmişə məsud olaraq qalacaqdır.
Bu bayrağı məndən sonra sağ qalana təhvil verənəcən ölmək mənə haram olsun. Keşiyimi bir ibadət kimi tutacağam. İçdiyim bu anda sadiq qalacağımı göstərmək üçün bayrağımı öpüb və təhvil alıram.”