Xaçmazda iki minik avtomobili toqquşub
Xaçmaz, 21 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 21-i günorta saatlarında Xaçmaz-Quba yolunda iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, 1976-cı il təvəllüdlü Əliyev Tural Nadir oğlunun idarə etdiyi “VAZ 2107” və rayonun Bayoba kənd sakini, 1985-ci il təvəllüdlü Şahbazov Vüsal Səfərəli oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillər toqquşub.
Qəzada “VAZ 2107” markalı avtomobilin sürücüsü T.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [19:46]
Şəmkirdə keçirilən minifutbol turnirində 8 komanda mübarizə aparıb
- 18.05.2026 [18:24]
Babək rayonunda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
- 18.05.2026 [18:09]
Gəncə Teatrında yeni səhnə əsərinin premyerası olub
- 18.05.2026 [16:59]
Mingəçevirdə 23 ölkənin iştirakı ilə beynəlxalq elmi konfrans işə başlayıb
- 18.05.2026 [16:19]
Yanğınlara qarşı mübarizə sahəsində əməkdaşlıq genişləndirilir
- 18.05.2026 [12:58]