Xaçmazda selin ziyan vurduğu ərazilərdən fotoreportaj
Xaçmaz, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda güclü yağış nəticəsində yaranan selin fəsadları aradan qaldırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları 200-dən çox evə ziyan vurub, bir neçə ev tamamilə uçulub.
Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasına selin fəsadları ilə bağlı 800-ə yaxın müraciət daxil olub. Rayon rəhbərliyi və əlaqədar qurumların nümayəndələri ziyan çəkən sakinlərlə görüşüb, fəsadların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Sel suları ev və həyətlərdən xüsusi nasoslar vasitəsilə çəkilir.
Güclü yağış Xaçmazın elektrik təchizatında da ciddi problemlər yaradıb, rayon ərazisinin 80 faizində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Hazırda bir çox ərazidə enerjinin verilişi bərpa olunub.
Noyabrın 15-i axşam saatlarından başlayan leysan xarakterli yağış noyabrın 16-sı günboyu yağmaqda davam edib. Sakinlər son illərdə rayon ərazisində belə güclü yağışın yağmasını müşahidə etmədiklərini bildiriblər.
AZƏRTAC selin ziyan vurduğu ərazilərdə çəkilən fotoreportajı təqdim edir.