XAÇMAZDA YENİ ELEKTRON ATS İSTİFADƏYƏ VERİLMİŞDİR
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və ictimaiyyətin nümayəndələri tədbirdən əvvəl ulu öndərin adını daşıyan parkda ucaldılmış heykəlinin önünə gül dəstələri qoymuş, Heydər Əliyev muzeyini gəzmiş, Xaçmazdakı Şəhidlər xiyabanını ziyarət etmişlər.
Yenidənqurma işləri aparılmış köhnə ATS-in bazasında 6 min nömrəlik müasir elektron avtomat telefon stansiyasının istifadəyə verilməsi ilə bağlı mərasimdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və ictimaiyyətin nümayəndələri çıxış etmişlər.
Toplantıda qeyd olunmuşdur ki, son iki ildə Xaçmaz rayonunda istifadəyə verilmiş telefon nömrələrinin sayı 15 minə çatmış, 70 kilometrədək kabel xətti çəkilmişdir.
Mərasimdə Xaçmazda aparılan tikinti, yenidənqurma və abadlıq işlərindən, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi və siyasi strategiyanın İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, regonların sosial-iqtisadi inkişafına dövlət qayğısından danışılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]